Marsda yaşamaq mümkün olacaq

Maraqlı

24.07.2019 - 03:24

Həkimlər Klinikalar SEO Xidməti

Harvard Unuversitetinin tədqiqatçıları, NASA-nın reaktiv hərəkət labratoriyası və Edinburq Universitetinin labarotoriyası, Marsın müəyyən bölgələrini yaşayış üçün yararlı hala gətirən üsul fikirləşiblər.

 

AYNA deyerler.org-a istinadən bildirir ki, bu Qırmızı planetin terraform (planetin iqlim dəyişikliyi) edilməsində ilk mərhələ ola bilər. Mütəxəssislərin dediklərinə görə, parnik effektinı yaratmaq üçün "silisium dioksid" hava gelindən istifadə etmək olar.

 

Modelləşdirmə nəticələri bu materialdan hazırlanmış 3-4 santimetrlik örtük, fotosintez üçün kifayət edən günəş şüalarını buraxa bilər. Bundan əlavə, hava geli örtüyünün altındakı temperatur, buzun ərimə nöqtəsindən yuxarı qalxacaq. Bunun sayəsində daxili istilik qaynağına olan ehtiyac aradan qalxmış olacaq.

 

Bənzər hadisələr, Marsda, su və böyük miqdarda karbon dioksidə malik olan qütblü buz örtüklü bölgələrdə baş verir. Dondurulmuş karbon dioksidi istidən qoruyaraq, buz altında yüksəliş temperaturun ocaqlarını əmələ gətirir. Hava geli həmçinin aşağı istilik keçiriciliyi ilə xarakterizə olunur.

Müəllif: Ayna.az