Latviyalı deputat Avropa Komissiyasına Rusiya ilə bağlı müraciət edib

Dünya

31.03.2025 - 14:15

Həkimlər Klinikalar SEO Xidməti

Avropa Parlamentinin deputatı Rusiyadan bir sıra mallar üçün gömrük rüsumlarının artırılmasını tələb edib

Avropa Parlamentinin (AP) Latviyadan olan deputatı İnese Vaidere Rusiya mallarına, o cümlədən gübrə və balıq məhsullarına gömrük rüsumlarının artırılması tələbi ilə Avropa Komissiyasına (AK) müraciət edib. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.

Parlamentarin qeyd edib ki, 2022-ci ildən Aİ Rusiyaya qarşı bir sıra məhdudiyyətlər, o cümlədən gömrük rüsumlarının artırılmasına baxmayaraq, Rusiya malları, o cümlədən gübrələr Aİ bazarına daxil olmaqda davam edir.

Vaiderenin sözlərinə görə, Rusiya gübrələri daha aşağı qiymətə satılır və bu, Aİ və digər ölkələrdəki istehsalçıları qiymətləri aşağı salmağa məcbur edir. Bu vəziyyət Aİ-nin ərzaq təhlükəsizliyinə ciddi təhlükə yaradan ucuz rus gübrələrindən asılılığa gətirib çıxarıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş