İran Putinin təklifinə cavab verib

Dünya

15.05.2026 - 15:57

“İran zənginləşdirilmiş uranın çıxarılması ilə bağlı Rusiyanın təklifini müzakirə etməyə hazırdır, amma sonra”

İran Rusiya Prezidenti Vladimir Putinin zənginləşdirilmiş uranın Rusiyaya daşınması təklifini müzakirə etməyə hazırdır, lakin bu, daha sonra baş tuta bilər. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Mən Prezident Vladimir Putinlə görüşdüm və digər məsələlərlə yanaşı, bu məsələni də müzakirə etdik. Rusiya tərəfi ilə bu mövzuda müzakirələr indi yox, sonra aparılacaq", - deyə diplomat qeyd edib.

Qeyd edək ki, Martın 9-da Putin və ABŞ Prezidenti Donald Tramp telefonla danışıblar. Rusiya lideri İran ətrafındakı münaqişənin həlli ilə bağlı fikirlərini, o cümlədən Fars körfəzi dövlətlərinin liderləri ilə danışıqlarının nəticələrini bölüşüb.

“Axios” xəbər verdi ki, söhbət zamanı İrandan Rusiyaya 450 kiloqram zənginləşdirilmiş uran ixrac etmək təklifi irəli sürülüb və mənbələrə görə, Ağ Ev rəhbəri bu təklifi rədd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş