İnfeksiyalardan qorunmaq üçün təklif: “Yaş bazarlar” bağlansın

Maraqlı

15.04.2020 - 15:18

“Belə bazarların mövcudluğu virusların heyvanlardan insanlara keçməsi riskini artırır

 

Koronavirusa yoluxan insanların sayının 2 milyon nəfəri keçdiyi bir vaxtda, mütəxəssislər virusdan qorunmaqla bağlı yeni təkliflər səsləndirirlər. AYNA xarici mediaya istinadən xəbər verir ki, hazırda dünyada “yaş” və ya “nəm” bazar hesab olunan alış-veriş yerlərinin təcili bağlanması təklif olunur.

 

ABŞ-ın yoluxucu xəstəliklər üzrə tanınmış mütəxəssisi Entoni Fauci deyib ki, “yaş bazar” deyildikdə, artıq COVID-19 yada düşür: “Son zamanlar bu iki termin, az qala sinonim kimi xatırlanır. Anlamaq olar, balıq və ət məhsulları təzə olduğundan onlar bazarlarda kəsimdən sonra satılmalıdır. Amma çoxunun canlı heyvan olduğunu nəzərə alaraq, hər ölkə bu bazarlara alternativlər tapmalıdır”.

 

“Tərəvəz və ya təzə balıq yuyulduqdan sonra, döşəmələrin üzərində təmiz və ya kirli suyun olması bir çox xəstəliklərin yayılmasını tezləşdirir, hələ bunun fərqində deyilsiniz? Canlı heyvanları satan “nəm” bazarlar, yaxınlıqdakı yerlər antisanitariya səbəbindən virusların heyvanlardan insanlara keçməsi riskini artırır. Xüsusən də haqqında az məlumat olan nadir heyvanlar və ya vəhşi canlılar satışa çıxarılarsa, vəziyyət daha da təhlükəli olur”, - deyə tibb mütəxəssisi bildirib.

 

Fauci əlavə edib ki, Çində və Asiyada ucuz qiymətə toyuq, donuz əti, balıq və tərəvəz kimi təzə qidaların satıldığı belə ərazilər yığışdırılmasa, yeni viruslarla, xəstəliklərlə qarşılaşmaq qaçılmazdır.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə