Həbsdəki oğluna narkotik aparan ananın niyyəti alınmadı

Xəbərlər

05.01.2021 - 13:58

Bakı İstintaq Təcridxanasına narkotik maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb

 

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

 

Xidmətdən AYNA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 66.3-cü maddələrinə əsasən təqsirli bilinərək 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan məhkum Cavadov Miryusif Sabir oğlu ilə qısamüddətli görüşə gəlmiş anası, Bakı şəhər sakini Paşayeva Ofelya Paşa qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan plastmas xama qabının içərisində gizlədilmiş ümumi çəkisi 3,411 qram olan narkotik maddə - marixuana və ümumi çəkisi 4,217 qram olan narkotik maddə - heroin aşkar edilib.

 

Müəllif: Ayna.az