Jan-Mari Le Penin məzarı dağıdılıb
Fransanın ifrat sağçı Milli Cəbhə Hərəkatının həmtəsisçisi Marin Le Penin atası Jan-Mari Le Penin məzarı Fransanın qərbindəki La Trinite-sur-Mer qəbiristanlığında təhqir edilib.
AYNA xarici mediaya istinadən bildirir ki, Le Penin məzarı dağıdılıb.
Marin Le Penin müşaviri Filip Olivier bildirib ki, məzar “zərbələr nəticəsində kifayət qədər ciddi zədələnib”.
Le Penin qardaşı qızı Marion Mareşal tərəfindən yayımlanan fotoşəkildə məzar daşındakı xaçın sındığı görünür.
Hadisə ilə bağlı İstintaq başladılıb.