Prezident İlham Əliyev Sərəncam imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AYNA xəbər verir ki, sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilib.
Digər Sərəncamla Flora Kərimovaya Prezidentin fərdi təqaüdü təyin edilib.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova bir həftə əvvəl 80 illik yubileyini qeyd edib.