Bu ilin mahnıları 2021-də təqdim edilə bilməz
“Eurovision 2021” Beynəxlaq Mahnı Müsabiqəsinin keçiriləcəyi tarix məlum olub. AYNA xarici mətbuata istinadən bildirir ki, yarışmanın yarımfinal mərhələsi gələn il mayın 18 və 20-də, final isə 22-də baş tutacaq.
Müsabiqə Niderlandın paytaxtı Rotterdam şəhərində keçiriləcək.
“Eurovision” Beynəlxalq Musiqi Müsabiqəsinin şərtlərinə görə, bu ilin mahnıları 2021-də təqdim edilə bilməz.
Qeyd edək ki, “Eurovison 2020” Beynəxlaq Musiqi Müsabiqəsi koronavirus pandemiyası səbəbindən bu il təxirə salınıb.