“Euronews”: Ermənistan Ukraynadakı müharibədən qazanc əldə edir

Dünya

23.10.2024 - 13:22

Həkimlər Klinikalar SEO Xidməti

İrəvan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir

Ermənistan Ukraynadakı müharibədən qazanc əldə edir. Çünki İrəvan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir. Bu barədə “Euronews”un saytında dərc olunan məqalədə bildirilib.

Məqalədə qeyd olunub ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan Ermənistan Moskva üçün sanksiyalardan yan keçmək, o cümlədən Rusiya qiymətli daşları və qızıllarının reeksportu üçün mühüm alətə çevrilib.

“2023-cü ildə Ermənistan 4,5 milyon karat almaz ixrac edib ki, bu da respublikanın özündə hasil ediləndən 30 dəfə çoxdur”, - telekanalın saytındakı yazıda qeyd edilib.

Məqalədə bildirilib ki, “Ermənistan Qərbin sanksiyalarının Rusiya üçün mənfi nəticələrini əhəmiyyətli dərəcədə yumşaltmağa kömək edib və İrəvanın iqtisadi cəhətdən Moskva ilə yanaşı oynadığı hazırkı geosiyasi oyun qlobal sabitliyə xələl gətirir”.

Vurğulanıb ki, Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinin artması ilə stimullaşdırılan iqtisadi artımı dolayısı ilə Ukrayna müharibəsi tərəfindən dotasiya olunur.

“Eyni zamanda, diplomatik arenada Ermənistanın Baş naziri Nikol Paşinyan xüsusən də Rusiya-Ukrayna münaqişəsinin başlanmasından sonra ölkəsini Rusiyadan nümayişkaranə şəkildə uzaqlaşdırmağa çalışır. Ermənistanın diplomatik səylərinin həqiqətən də səmimi və ya fürsətçi manevrlər olduğunu müəyyən etmək getdikcə çətinləşir. Xüsusən də davam edən müharibə kontekstində qlobal qeyri-sabitlikdən istifadə etmək məqsədi daşıyır”, - məqalədə bildirilib.

Müəllif: Turan Abdulla

Pin up casino Pin-up casino giriş