Ərdoğan: “Türkiyənin Qarabağ problemi ilə bağlı mövqeyi dəyişməzdir”

Siyasət

25.11.2020 - 15:13

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə Prezidenti: “Azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına dönməsi ədalətin bərpasıdır”

 

“Qarabağdakı 30 illik ədalətsizliyə son qoyuldu. Türkiyənin dəstəyi sayəsində Azərbaycan torpağı olan Qarabağda erməni işğalı sona çatıb. Bu gün Qarabağda Azərbaycan bayrağı dalğalanır. Eyni zamanda, uzunmüddətli sülhə ümidlər ilk dəfə olaraq artıb”.

 

AYNA xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri qeyd edib ki, ölkəsinin Qarabağ probleminin ədalətli həlli barədə mövqeyi dəyişməzdir: “Təəssüf edirəm ki, ATƏT-in Minsk Qrupunun bəzi həmsədr ölkələri açıq şəkildə Ermənistanın işğalçılıq siyasətinə dəstək verib. Azərbaycanın qazandığı hərbi qalibiyyət sayəsində bu gün Kəlbəcər rayonu da Azərbaycana qaytarıldı. Azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına dönməsi ədalətin bərpasıdır”.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş