Türkiyə Prezidenti "Avropa Siyasi Birliyi" 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında çıxış edib
Beynəlxalq aləmdə inamsızlıq böhranının aradan qaldırılması üçün ədalətli və əhatəli qlobal idarəçilik mexanizminin yaradılmasına ehtiyac var.
AYNA.AZ xəbər verir ki, bunu Tiranada "Avropa Siyasi Birliyi" 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, Avropa İttifaqının öz müdafiə sənayesini inkişaf etdirməsinə dair səylərin faydalı olduğunu və bu səylərin NATO-nun mərkəzi rolunu aşındırmayacaq şəkildə, Aİ üzvü olmayan ölkələri də əhatə etməli olduğunu qeyd edib.
Ərdoğan Aİ-nin Türkiyə ilə Şengen vizasının tətbiqini nəzərdən keçirməsinin lazım olduğunu əlavə edib. O, Türkiyənin Avropanın enerji təchizatında önəmli rol oynadığını vurğulayıb.