Daha 6 şəhər və 4 rayonda həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır

Xəbərlər

14.10.2020 - 18:47

Nazirlər Kabineti 387 nömrəli qərarına dair açıqlama yayıb.

 

AYNA-nın xəbərinə görə, açıqlamada deyilir:

 

Bəzi şəhər və rayonlarda xüsusi karantin rejimində əlavə şərtlərə dair Nazirlər Kabinetinin 387 №li qərarına əsasən Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında:

 

- 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək;

 

- 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək;

 

- 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Müəllif: Ayna.az