"Çarlinin mələkləri" Bakıda

Mədəniyyət

15.11.2019 - 16:59

Filmdə baş rolları Kristen Stewart, Naomi Scott və Ella Balinska canlandırıb

 

Dünən “Park Sinema”da "Çarlinin mələkləri" filminin nümayişi baş tutub.

 

AYNA xəbər verir ki, təqdimatda bir sıra tanınmışlar və media nümayəndələri iştirak edib.

 

Elizabeth Banksın rejissorluğu ilə çəkilən filmin ssenarisi 1970-ci illərə təsadüf edir. Filmdə baş rolları Kristen Stewart, Naomi Scott və Ella Balinska canlandırıb.

 

55 milyon dollara başa gələn filmin çəkilişləri müxtəlif şəhərlərdə baş tutsa da, ilkin premyera Amerika Birləşmiş Ştatlarında təqdim olunub.

Müəllif: Mərahim Nəsib