Mütəxəssislər xərçəngin indiyədək məlum olmayan əlamətlərini açıqlayıb
Baş ağrısı, tarazlıqla bağlı problemlər, tinnitus beyin xərçənginin ilk simptomlarından biri ola bilər. AYNA-nın “Arqumentı nedeli” nəşrinə istinadən məlumatına görə, bunu tibb mütəxəssisləri açıqlayıb.
Beyin xərçənginin ehtimal olunan siqnallarının siyahısına aşağıdakı hallar daxildir:
- fiziki hərəkətlər zamanı daha da intensivləşən güclü, davamlı baş ağrısı;
- bədənin yerləşməsindən asılı olmayaraq, yaranan başgicələnmə;
- görmə itiliyinin proqressiv şəkildə azalması;
- qulaqlarda səs və ya zingilti eşidilməsi;
- hərəkətlərin koordinasiyasında gözlənilməz pozuntular.