“Bakcell” şəbəkəsi Şuşada - <font color=red> FOTOLAR</font>

Reklam

10.06.2021 - 17:09

İşğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa işlərində daha bir addım atılıb

 

“Bakcell” mobil şəbəkəsinin əhatə dairəsi artıq qədim Şuşa şəhərinə qədər genişləndi. Şirkət işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa işlərində daha bir addım atıb. “Bakcell”dən AYNA-ya bildirilib ki, şirkətinin texniki personalı Qarabağda şəbəkənin qurulmasını davam etdirir və “Bakcell” şəbəkəsi artıq Şuşa şəhərini də əhatə edir.

 

““Bakcell”in 2G, 3G və 4G baza stansiyaları artıq Şuşada və Cıdır düzündə, Cəbrayıl rayonunda, Hadrut qəsəbəsi də daxil olmaqla Xocavənddə də quraşdırılıb. Bakcell Qarabağda şəbəkənin əhatə dairəsinin genişləndirilməsi və yüksək keyfiyyətli xidmətlərin təmin edilməsinə yönəlmiş genişmiqyaslı işlərini davam etdirəcək”, - deyə bildirilib.

 

Qeyd edək ki, “Bakcell” şəbəkəsi müstəqil mobil bençmarkinq təşkilatları tərəfindən 3 il ardıcıl olaraq “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adlandırılıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə