Azərbaycan “Akıncı”nın təqdimetmə mərasimində təmsil olunub

Xəbərlər

30.08.2021 - 02:17

Tədbirdə Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov da iştirak edib

 

“Bayraktar” texnologiya şirkəti tərəfindən istehsal olunan (Akıncı Taarruzi İnsansız Hava Aracı -TİHA) pilotsuz zərbə aparatlarının Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilməsi münasibətilə Təkirdağda keçirilən tədbirdə Azərbaycan da təmsil olunub.

 

Azərbaycanın Türkiyədəki Səfirliyindən AYNA-ya verilən məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak və çıxış etdiyi tədbirdə Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov da iştirak edib.

 

Qeyd edək ki, “Akıncı” TİHA inkişaf etdirilmiş texniki imkanlar sayəsində döyüş təyyarələrinə məxsus bəzi funksiyaları həyata keçirmək qabiliyyətinə malikdir. Azərbaycan Ordusunun gələcəkdə “Akıncı” TİHA-nın sifarişçilərindən olacağı ehtimal edilir.

Müəllif: Ayna.az