İbrahim Nəbioğlu

Bakıda ziyalı ailəsində doğulub. Azərbaycan Neft və Kimya İnstitutunun ‘’Tətbiqi riyaziyyat’’ kafedrasını qırmızı diplomla bitirmişdir. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990-91-ci illərdə Türkiyənin bəzi qəzetlərində çap olunmağa başlamışdır.1991-ci ildə qurduğu ilk Azərbaycan-Türk müştərək TV kanalının Baş direktoru vəzifəsində çalışmışdır. 1993-2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə Təmsilçisi olub. Eyni zamanda BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq çalışıb. ‘’Avrasıya’’, ‘’Panorama’’ qəzetlərinin köşə yazarı olmuş, ‘’Zerkalo’’, ‘’Ayna’’ qəzetləri ilə əməkdaşlıq etmişdir. Yerli və xarici mətbuatda 1000-dən çox reportaj və məqalənin müəllifi, 30-a yaxın sənədli filmin senari müəllifi və redaktoru olmuşdur. Osman Mirzəyev, Həsən Bəy Zərdabi mükafatları laureatıdır. 2003-cü ildə Türkiyədə ``İlin Jurnalisti’’ adına layiq görülüb. Azərbaycanın İstanbuldakı Baş Konsulu və Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olmuşdur. Fövqəladə və Səlahiyyətli Elçi diplomatik ünvanına sahibdir. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

AH BU DAHİLİK MANİYASI

(SİDİKLİ BİR ESSE – 2) “Ah bu çalma və saqqallar — ancaq kəsmək, doğramaq üçün yaşayan kəllənin uniforması. Ona görə doğramırsan ki, İslam insan təsvirinə qadağa qoyub, həm də ona görə ki, üzlərini qırxmadıqları üçün hər kəs bir-birinə oxşayır. Öldürəndə itki də hiss olunmur — doğra getsin. Doğrayıramsa demək ki, varam”. 1987-ci ildə “Çoxşaxəli yaradıcılığındakı iti düşüncə və dərin poetikasına” görə Brodski  ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. O, bu yüksək adı alan sonuncu rus-sovet ədəbiyyatçısı oldu.

Tam mətn

AH BU OSMANLAR, MEHMETLƏR, MURATLAR

(SİDİKLİ BİR ESSE – 1) “Şərqin dəhşət və sərsəmləməsi. Asiyanın tozlu fəlakəti. Yaşıl rəngi ancaq Peyğəmbərin bayrağında görmək mümkündür. Burada bığdan başqa heç nə çıxmır. Qaragözlü, axşama tükləri üçgünlük saqqal kimi uzanan bir diyardasan. Tonqal kömürləri sidiklə söndürülür burada. O qoxu! Ucuz tütün və tərli sabunun qatışığı”. İstanbula gələndə 45 yaşındaydı. İki il əvvəl anasını, bir il əvvəlsə atasını itirmişdi. Kremldəkilər Sovet İttifaqına dəfnlərə gəlməyə icazə vermədilər.

Tam mətn

Sarsaq çox zaman ağıllıdır

Axmağın biri bank soymaq istəyir. Tanınmamaq üçün üzünə limon suyu sürtür. Bu şəkildə üzünün görünməyəcəyinə inanır. Soyğun uğursuzluqla nəticələnir, adam yaxalanır. ABŞ-ın nüfuzlu Kornel universitetindən psixoloqlar professor Danninq və onun aspirantı Kryuger bu hadisədən ilham alaraq psixologiyaya yeni bir anlayış gətirirlər. Danninq-Kryuger (Dunning-Kruger) effekti koqnitiv təhrif sayılır. Səriştəsiz insanlar hər zaman səhv nəticələrə gələrək yanlış qərarlar verir, bilik və bacarıqları aşağı səviyyədə olduğu üçün də səhvlərini görmürlər. Bu da onlarda özləri haqda yüksək fikir formalaşdırır.

Tam mətn

Xoruldamaq və ya nərə çəkmək

Adanaya ezamiyyətə getmişdim illər əvvəl. Oradakı dostlar şəhərin o vaxt üçün ən yaxşı oteli sayılan “Seyhan Hotel”də rahat bir otaq ayırmışdılar. Bütün günü Adananın nəfəs kəsən 45 dərəcə istisində ora-bura qaçıb, işlərimi bitirdim. Axşam yeməyi üçün nə qədər israr etsələr də, “Buraya gəlib Adana-kabab yemədən gedilməz” desələr də, razılaşmadım, bir an öncə otelə gəlib, kondisionerli otağımda dincəlmək istədim. Şam yeməyini belə otağıma sifariş verdim. İstanbul təyyarəsi səhər çox erkəndən olduğundan yerimə alışılmışdan daha tez girdim.

Tam mətn

Adil və onun iki intellekti

Suvon (Suwon) Cənubi Koreyanın paytaxtı Seuldan 30 km cənubda yerləşir. Bu şəhəri məhşur qılan Samsung şirkətinin Mənzil Qərargahının burada yerləşməsidir. Samsung deyəndə ağla ilk olaraq mobil telefon gəlir. Ancag bu markanın adı ilə onlarla məişət avadanlığı, telekommunikasiya ciihazları da istehsal olunur. Şirkətin dünyanın 60-a yaxın ölkəsində 120-dən çox ofisi var ki, onlar da buradan idarə olunur. Ancaq bura həm də şirkətin beyni, ideya və innovasiyalar mərkəzidir. Dünyadakı bir çox texnoloji trendlər məhz bu mərkəzdə, burada çalışan gənc super-zəkalar tərəfindən hazırlanır.

Tam mətn

AY TANRISI ÇANYE

Uzaq keçmişlərdə, göydə on dənə Günəşin olduğu zamanlarda Çin torpaqları istidən yanırmış. Xalq su və məhsul qıtlığından məhv olmağa məhkum olmuşdu. Hou İ adlı bir oxatan xalqına kömək üçün Kunlun dağının zirvəsinə çıxaraq bir oxla doqquz Günəşi vurub yerə salır. Qalan tək Günəşə isə gecə gedib, şəfəqdə gəlməyi əmr edir. Hou İ xalqı xilas etdiyi üçün İmperator onu ölümsüzlük eliksiri ilə mükafatlandırır. Oxatan da mühafizə üçün eliksiri gözəllər gözəli arvadı Çanyeyə (Chang’e) verir.

Tam mətn

ABİDƏ İNSAN

Məmməd Novruzoğlu Əliyevin 75 illiyinə 1993-cü ilin avqust ayı idi. Azərbaycan prezidenti Heydər Əliyevin əmri ilə Azərbaycan Televiziyasının Türkiyə Təmsilçiliyi təsis olundu. Məni isə Heydər Əliyevin tövsiyyəsi ilə Təmsilçiliyin müdiri təyin etdilər. Həsən Həsənov Xarici işlər naziri vəzifəsinin icrasına yenicə başlamışdı. Mənə akkreditasiyadan keçmək üçün Türkiyə Xarici işlər nazirliyinə təqdim etmək üçün rəsmi bir məktub verdi. O məktubla sentyabrın əvvəlində Türkiyəyə gəldim — nə yerim vardı, nə də yurdum, heç kamera və operatorum da yoxdu.

Tam mətn