ATƏT Gürcüstanda təhlükəsizliyə dəstək verəcək

Dünya

22.04.2025 - 15:16

Həkimlər Klinikalar SEO Xidməti

“Gürcüstanda sabitliyin qorunması bütün regionun təhlükəsizliyi və sabitliyi üçün də vacibdir”

“Gürcüstanda sabitliyin qorunması bütün regionun təhlükəsizliyi və sabitliyi üçün də vacibdir”. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Tiflisdə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşündən sonra ATƏT-in baş katibi Feridun Sinirlioğlu deyib.

"Biz uzun illərdir ki, Gürcüstanla əməkdaşlıq edirik. Ölkədə sabitliyin qorunması təkcə Gürcüstan üçün deyil, həm də regionun maraqları üçün həyati əhəmiyyət kəsb edir. Biz ATƏT olaraq münaqişə zonalarında dialoqun təşviqinə və təhlükəsizliyin təmin olunmasına xüsusi önəm veririk. İnsidentlərin qarşısının alınması mexanizmi bu sahədə bizim əsas alətlərimizdən biridir", - Sinirlioğlu vurğulayıb.

Sinirlioğlu ATƏT-in baş katibi kimi ilk rəsmi səfərini Tiflisə etdiyini vurğulayıb və təşkilatın bundan sonra da Gürcüstanda təhlükəsizliyin möhkəmləndirilməsində fəal iştirak edəcəyini söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş