ABŞ senatorları Rusiyadan neft alan ölkələrin cəzalandırılmasını tələb edirlər

Dünya

02.06.2025 - 18:23

cedabet dərman SEO Xidməti

Rusiya neft məhsullarını alan ölkələrdən idxala 500 faiz rüsumun tətbiqi gözlənilir

ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem iyunun 15-dən 17-dək keçiriləcək “yeddilik Qrupu” (G7) ölkələrinin sammitindən əvvəl Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, Qrem və senator Riçard Blumentalın birgə bəyanatına görə, Rusiya neft məhsullarını alan ölkələrdən idxala 500 faiz rüsumun tətbiqi gözlənilir.

“G7 sammiti ilə biz Avropa ilə koordinasiyalı şəkildə sanksiyalar tətbiq etməyə ümid edirik”, – siyasətçilər bildiriblər.

Təşəbbüs müəlliflərinin sözlərinə görə, qanun layihəsini Konqresin yuxarı palatasının 82 üzvü dəstəkləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş