Muəllif:

Ermənilər yenə Tehranda 25 aprel aksiyasına hazırlaşır

Keçən il olduğu kimi, bu il də İranın paytaxtı Tehranda yaşayan ermənilər qondarma «erməni soyqırımı»nın ildönümü ilə bağlı aprelin 25-də aksiya keçirməyə hazırlaşırlar. Aksiyaya çağırış məqsədi ilə əhali arasında bildirişlər paylanır, mərkəzi küçələrin divarlarına plakatlar yapışdırılıb. Plakatların üzərində təxribat xarakterli yazılar olub: “24 aprel 1915-ci il, ölüm olsun faşist Türkiyə dövlətinə!”.

“Oyannews” saytına istinadən, hər il olduğu kimi ötən il də bir qrup erməni Tehranda qondarma «erməni soyqırımı» ilə bağlı aksiya keçirib. Polisin mühafizəsi ilə keçirilən piketdə “Ölüm olsun türkə, ölüm olsun Türkiyəyə, ölüm olsun Azərbaycana!”, “Qərbi Ermənistan azad olmalıdır!” kimi şüarlar səsləndirilib.

Buna etiraz edən bir qrup azərbaycanlı fəal aksiyanın keçirilməsinə mane olmağa çalışıb. Nəticədə tərəflər arasında insident yaşanıb, hətta azərbaycanlılardan bir neçəsi ermənilər tərəfindən bıçaqlanıb. Polis müdaxilə etməyib. Bu işlər adında
«İslam Cümhuriyyəti» yazılmış bir ölkədə, İstanbuldan sonra guya Türklərin ən çox yaşadığı bir şəhərdə baş verir… Molla polisi mühafizə edərsə, ermənilər bu kimi
aksiyaları Təbrizdə, Zəncanda, Marağada və Ərdəbildə də keçirə bilərlər…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 144