Muəllif: Aytən Məmmədova

Zərdabinin ruhunu incidən neft pulları…

“Əkinçi” qəzetinin son sayında yazılmışdı:“Biz xəstə olduğumuza görə ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların haçan çıxması məlum deyil”. Həsən bəy Zərdabi bu elanla çox incə bir mətləbə eyham vurmuşdu. O, “xəstə” deyəndə cəmiyyəti nəzərdə tuturdu. Xalq cəhalət bataqlığında boğulurdu. Cəmiyyətin belə qəzetə çox ehtiyacı vardı. Amma qəzeti bağladılar. Qarşıda Zərdabini 16 illik kənd həyatı gözləyirdi. Aclıq imtahanı verəcəyi kənd həyatı… 2000-ci illərdən bəri ölkəyə 150 milyard dollara yaxın neft-qaz pulu gəlib.

Tam mətn
Muəllif: Redaksiya

Zərdabi dəyərləri

Arif Əliyevin Zərdabidən »küsməsinin» səbəblərindən danışırıq

Tam mətn
Muəllif: Azər Rəşidoğlu

Rekviyem

Oxucu ilə dərdləşmək ehtiyacı yarandı yenə. Sözün hədəfə ulaşacağına ümid etmirəm. Əslində, oxucu ilə səmimi söhbət çoxlarının qıcığına səbəb olur. Bunun fərqindəyəm. Bilirəm ki, çoxları içində »it oğlu it, bunun hesabını ödəyəcəksən» deyib, məni haradan vuracağını düşünür. Sadomozaxist deyiləm. Təhqiri də sevmirəm. Lakin Mehriban Vəzirin son yazıma verdiyi şərh içimi titrədir – “Zərdabinin bir sözü var, deyir, gələcəkdə doğulduğum bu Zərdab kəndinin ortasında bir qara daş qoyacam. Onun üstünə olanları yazacam.

Tam mətn
Muəllif: Arif Əliyev

Mən Zərdabidən niyə küsdüm?

 Yalama müdafiəçiləri haqqında materiala bütövlükdə cəmiyyətin süst reaksiyasından pəjmürdə idim. Qorxaqlarından, satqınlarından üz döndərənləri çox görmüşdüm, amma qəhrəman övladlarına yiyə durmaq istəməyənlər mənim üçün heç yerdə müşahidə etmədiyim əcaib bir yenilik idi. Kədərli düşüncələr içində «milli özünəməxsusluğun» bu incəliyinin sirrini anlamağa çalışırdım. Həsən bəy Məlikovun 1871-ci ildə Zərdabdan Bakıya, hələ də bizə naməlum qalan ünvana yolladığı «Redaksiyaya məktub»u yadıma düşdü. Onun sovet vaxtı çapdan çıxmış «Seçilmiş məqalələr və məktublar»ını tapmaq üçün şəxsi kitabxanamı ələk-vələk etdim. Tapa bilmədim.

Tam mətn