Muəllif: Ramin Deko

Bir zamanlar orada kitab passajı vardı

Əvvəllər ora kitab passajı idi. Hündür mərtəbəli binaların başından günəş əlini sallamamış satıcılar qalaq-qalaq kitabları saralmış un kisələrindən çıxarıb tozunu alar, sonra piştaxtaların üstünə yığardılar. Lap başda yaşlı kişi dayanırdı. O, kitabları qalın-incə, köhnə-təzə hissələrə ayırıb saf-çürük edəndən sonra cərgəylə düzür, bir az geriyə çəkilib uzaqdan öz əl işinə tamaşa edərdi. Nəsə gözünə xoş görünməsəydi, piştaxtanın altını üstünə çevirər, kitabları yerə tökər, yenidən yığardı. Bu kitab düzmə prosesi hər gün onun iki saatını alardı.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

ÖLÜMÜN XƏSTƏLİK OLACAĞI ERANIN ASTANASINDA

Xeyli vaxtdır illər əvvəl ölmüş atasının diriləcəyi xəyalı ilə yaşayır. Hər keçən gün o anın yaxınlaşdığını hiss edir. Əslində buna heç xəyal demək də olmaz. Çünki elm və müasir texnologiyalar 2030-cu ilə qədər  insanın həyatdan getmiş yaxınıyla bağlı xatirələrini onun DNK nümunələri ilə birləşdirib vəfat edənin virtual versiyasını yaradacaq. Modern dünyanın son nailiyyətlərinə baxanda bu yazdıqlarım heç də fantastika kitabından gətirdiyim iqtibas deyil, gerçəkliyin tam özüdür.

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Qarderob seçimi: daha çox nəyə diqqət etməli?

Səhnədə olan insanlar hər zaman gözəl görünməlidir. Belə bir məsəl də var ki, «Gözəllik ondur, doqquzu dondur». Bəs görəsən səhnə adamları gözəlliyin 9 hissəsini təşkil edən geyim seçərkən nələrə diqqət etməlidirlər? Bu mövzu ətrafında danışan modelyer-dizayner Gülnarə Xəlilova bildirdi ki, səhnə adamı hər zaman digər insanlardan fərqlənməlidir: «Səhnəyə çıxan…

Tam mətn
Muəllif: Zəminə Rüstəmova

Şou-bizneslə Vergilər Nazirliyi maraqlansın

“Mədəniyyət haqqında” qanunda əvvəlcədən qəbulu gözlənilən bəzi məsələlər əksini tapmadı və ya tam əks olunmadı. Onlardan biri də şou-bizneslə bağlı məsələdir. Qanunun qəbulundan öncə şou-bizneslə bağlı məsələlərin də bu sənəddə geniş əks…

Tam mətn
Muəllif: Redaksiya

“Elit”in həyətində kütləvi dava olub

Bakıda kütləvi dava olub. DİN xəbər veriri ki, fevralın 11-də Dərnəgüldəki «Elit» əyləncə mərkəzinin həyətində, Bakı şəhər sakinləri Vahid Həsənov, onun qardaşı Vasif, Ağdaş rayon sakini Elvin Rəşidov, Ucar rayon sakini Bahadur Həsənov və Şabran rayon sakini Elnur Sədiyev ilə ticarət mərkəzinin işçiləri İlqar İbrahimov, Əli Mirzəyev və Məftun…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Bu iki əsgər bir-birini döyüb

Gəncə Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasında hərbi nizamnamə qaydalarını pozmaqda təqsirli bilinən Müdafiə Nazirliyi N saylı hərbi hissəsisinin hərbi qulluqçuları — Rəşad Mamaxanov və Ceyhun Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb. Rəşad Mamaxanov N saylı hərbi hissəsinin 2-ci artilleriya divizionunun 5-ci batareyasının 1-ci atəş taqımının 2-ci topun heyət nəfəri vəzifəsində…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Rüşvətlə müəllim kadrı yetişdirirmiş

Şəki Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirli bilinən Şəki Pedaqoji Kollecinin şöbə müdiri Nəriman Səmədovun cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, Qəbələ rayon sakini Məcid Həmidovun Şəki Pedaqoji Kollecinin şöbə müdiri Nəriman Səmədov tərəfindən oğlunun həyat yoldaşı Aslanlı Vüsalə Əzizağa qızının həmin kolleci müvəffəqiyyətlə bitirməsinə baxmayaraq, diplom verilməsinə…

Tam mətn