Muəllif: Elçin Şıxlı

Qınına çəkilmiş çanaqlılar

Yuxu gözündən tökülürdü. Əlindəki işləri görüb tezcə yorğan-döşəyə girib yatmaq və yuxusunu almaq istəyirdi. Yaş öz sözünü deyirdi. Daha əvvəlki kimi gecəni-gündüzə qatıb durmadan işləyə bilmirdi… Bütün proqram və faylları səliqəylə bir-bir yaddaşa verib kompüteri söndürəndə gecə yarıdan xeyli keçmişdi. İş masasının arxasından qalxıb gərnəşdi və yumruğuyla sinəsinə vurdu. Başını bulayıb eyvana çıxdı ki, yatmazdan əvvəl bir az təmiz hava udsun. Evdə geyindiyi qolsuz içliyi çiyninə atmışdı. İki gündü durmadan əsən dəli külək kəsdiyindən ətraf sakitdi.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

MƏNİM … AFRİKA YUXULARIM…

Bir necə həftə bundan əvvəlin söhbətidir. Şəhərdə bir tanışıma rast gəldim. Hal-əhvaldan sonra soruşdu ki, neyləyirsən, nə oxuyursan, nə yazırsan?.. Dedim ki, Nəcib Məhfuzun bir romanını oxuyuram. Amma yalan demişdim. Axı deyə bilməzdim ki, həmin roman iki aydan çoxdur ki, stolun üstündə açıq qalıb! Deyə bilməzdim ki, artıq mən də əksər yazarlarımız kimi oxumaqdan çox yazmaqla məşğulam, hətta siyasi yazıları, siyasət haqdakı kitabları oxumağa ancaq macal tapıram… Heç dostumu da bunlar maraqlandırmırdı.

Tam mətn