Muəllif: Ramilə Qurbanlı
Tam mətn
Ölkəyə valyuta gətirən film
“7 oğul istərəm” Amerikada Xəyyam Mirzəzadəni ağladıb “7 oğul istərəm” filminə baxanda həmişə rəhmətlik Həsən Məmmədovla son görüşümüzü xatırlayıram. Çox söhbət elədik, onun portretini işləyirdim. Söhbətimizin sonunda içimdə qalan, dilə gətirmək istədiyim, amma gətirə bilmədiyim bir sualı gözlərimdən oxuyurmuş kimi eynilə filmdə Bəxtiyarın pilləkəndə oturub düşündüyü kadrda olduğu fason xəyala dalıb dedi:“Birdən məndən soruşarsınız ki, yaratdığınız obrazlar bu günün reallığı ilə ayaqlaşmır, deməli, əslində bu gün üçün heç nə etməmisinz. Məsələn, elə Bəxtiyar obrazı artıq bizdən deyil?
Bölüm: Cəmiyyət