Muəllif: İbrahim Nəbioğlu

Ölü yeri

Trabzona getmişdim. Dəfn mərasiminə. Dostumun babası vəfat etmişdi. Sabahın ilk işıqları ilə dostumun acısını paylaşmaq və onu tək qoymamaq üçün Türkiyənin qərbindən şərqinə — o biri ucuna uçuruq. İstanbuldan ölkənin hava limanı olan şəhərlərinə uçuşlar çox erkəndir.  Güman ki, elə ölüm-itim kimi qəfil hadisələri eşidib dəfnə yetişmək üçün. Ölüm varkən biz yoxuq, biz varkən isə ölüm yoxdur. Zatən onunla heç qarşılaşmayacağıq-Epikur Trabzona saat yarım uçur təyyarə. O qədər böyükdür ölkə.

Tam mətn
Muəllif: Redaksiya

İlk yerdə VAZ, sonra «Mersedes»lər gəlir

Milli avtomobil parkının marka tərkibi bəlli olub. Say etibarilə ilk yerdə VAZ markalı avtomobillər gəlir. Bu heç də onlara üstünlük verilməsi ilə şərtlənmir, sadəcə ucuz olduqları üçün kasıb vətəndaşlarımıza əlyetərdir. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev çərşənbə axşamı Trend-ə bildirib ki, Azərbaycanda ən çox…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Serj Sarqsyan: «Biz o qədər az qalmışıq ki, …»

Gedən getdi, bir də haçan qayıdar? Qayıtmaq o qədərmi asandır? Zorla qaytarmaq da onun kimi. Yaxşı yaşamaq istəyini kimə qadağan edə bilərsən ki? Ermənistan prezidentliyinə namizədi, indiki dövlət başçısı Serj Sarqsyan Lori vilayətindəki (tarixi Dağlıq Qazax) Allahverdi şəhərində seçicilərlə görüşündə KÖÇ məsələsinə də toxunaraq deyib ki, yaxın illər…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Üzüyü pula çevirə bilmədilər

Oğurluq və soyğunçuluq cinayətlərində ittiham olunan Zaqatala rayon sakinləri — Rövşən Putayev və Ramin Əfəndiyevin cinayət işi üzrə proses Şəki Ağır Cinayətlər Məhkəməsində başa çatıb. İttihama görə, təqsirləndirilən şəxslər ötən il yanvarın 23-də Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulublar. Rayonun Əliabad qəsəbəsində yaşayan 23 yaşlı Nahidə Şabanova yaşadığı evə…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Kənd idilliyası: araq, qoyun oğurluğu, bıçaqlanma

Lənkəran rayonu Gərmətük kənd sakini Sadiq Bədəlov xırdabuynuzlu heyvanlarının həmkəndlisi və uşaqlıq dostu, 19 yaşlı Pəhman Vəlizadənin oğurlamasından şübhələnirmiş, bu zəmində araları dəyibmiş. Pəhman Vəlizadə 2011-ci il noyabrın 11-də, saat 21 radələrində çayxanaya gedərkən Sadiq Bədəlovun dostları Yadigar Vəliyev, Əbdül Məmmədov və Natiq Tarverdiyev ilə birlikdə yeyib-içdiklərini görür. O, başqa…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Kimin alman markalı avtomaşını varsa

«Varranti Dayrekt» sığorta şirkətinin mütəxəssislərinin apardıqları araşdırma nəticəsində ən etibarlı mühərrikə malik avtomobillər məlum olub. Araşdırma zamanı 36 müxtəlif markadan olan avtomobil sahiblərinin qeydiyyata alınmış müraciətləri təhlil olunub. Trend-in məlumatına görə, bu barədə «Auto Express» saytı xəbər verir. Məlum olub ki, «MG Rover» markasından olan avtomobillər ən etibarsız…

Tam mətn