Muəllif: Gyull Nar

YER KURƏSINDƏN QOVULMA

  YER KURƏSINDƏN QOVULMA                               Və ya daha mükəmməl ikinci qovulma Mən əlamətlərə inanan deyiləm. Amma bu yazı üçün göndərilən əlamətlər və intuitiv mesajlar həddindən artiq çox idi. Və onlara etibar edib laptopumun qarşısına məhz bu mövzuya toxunmaq üçün keçdim. Baxmayaraq ki, planda başqa yazılar var idi və onların bəzilərinin bir hissəsi hazır idi, bir hissəsi də məni – hərdəmxəyal və tənbəl müəllifi gözləyirdi. Son illər israf sözü bizə də gəlib çatdı.

Tam mətn
Muəllif: Rauf Mirqədirov

TÜRKİYƏ ELİTASININ DİKTATURASI

(Ikinci məqalə) Yenə  də qeyd etmək istəyirəm  ki, bu gün  Türkiyənin özü və müttəfiqləri üçün yaratdığı promlemlərin mənbəyi kimi yalnız Ərdoğani günahkar sayanlar məncə, haqlı deyillər. Birinci məqaləmdə qeyd etdiyim kimi, Ərdoğan hakimiyyəti Türkiyədə tarixən mövcud problemlərin, necə deyərlər, “törəmə məhsuludur”.  O başqa məsələ ki, “törəmə məhsulun”  özü bu gün Türkiyə və Türkiyənin müttəfiqləri üçün ciddi problemə və ciddi təhlükəyə çevrilib.

Tam mətn
Muəllif: Rauf Mirqədirov

Türkiyə ümid yerimiz?

(1-ci məqalə) Əcəb yerdə axşamladıq. Necə, deyərlər, çətin gündə qorxusuz-hürküsüz pənah apara biləcəyimiz bir qapı belə, deyəsən, qalmayıb. Əvvəllər bütün “qibləgahımız” Türkiyə idi. Bəziləri fikirləşəcəklər ki, Ərdoğan Türkiyəsindən başıma gələnlərin əvəzini çıxıram. Elə deyil. Məsələ ondadır ki, geosiyasi prosesləri və bu proseslərdə dövlət xadimlərinin rolunu qiymətləndirərkən öz simpatiya və antipatiyalarımı nəzərə almamağa çalışıram. Axı pamflet yox, təhlili məqalələr yazmağa cəhd edirəm. Bu zaman isə hadisələrə və şəxslərə fərdi, subyektiv baxış çərçivəsində belə obyektivliyi quruyub saxlamağa çalışmaq lazımdır.

Tam mətn