Muəllif: Hüseynbala Səlimov

BELƏ XALQI “SEVMƏMƏK” OLARMI?..

Hərə bu xalqı bir şeyə, bir cəhətinə görə sevir. Kimi səxavətli, mərhəmətli və qonaqpərvər olduğuna görə, kimi başıaşağı, itaətkar, dözümlü bir toplum olduğu üçün, kimi də hələ də xalqlıqdan çıxıb millət kimi formalaşa və özünü ayıq-sayıq, savadlı və tələbkar bir cəmiyyət kimi təsdiqləyə bilmədiyinə görə. Onu ən çox sevənlər isə “Biz bu xalqın xidmətçiləriyik” deyib bütün xalqı özlərinin nökərlərinə və xidmətçilərinə çevirən məmurlarımızdır.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

Biz liliputlara necə çevrildik?..

Yəqin çox ünlü bir insan — C.Svift “liliput” sözünü ədəbi-ictimai dövriyyəyə daxil edəndə heç özü də güman etmirdi ki, bu sözün onlarla başqa mənaları da yaranacaq; insanlar ona yeni-yeni çalarlar verəcək və söz təkcə adi fiziki məziyyəti ehtiva etməyəcək özündə, yeni mənalar da daşıyacaq. Amma gəl, mənim işim bununla deyil. Bu günlərdə internetdə “eşələnəndə” oxudum ki, Dünyada vur-tut 800 liliput var!

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

BƏDAHƏTƏN ŞEİR DEYƏN XALQIN QONŞULUĞUNDA NƏLƏR BAŞ VERİR?..

Bir az gülünclük kimi görünə bilsə də, vəziyyət hər halda belədir: ermənilər mitinq edir, daxili demokratiyalarını genişləndirməyə, özləri üçün ürəkləri istəyən hökuməti qurmağa çalışır, biz isə bu proseslərin regional geosiyasi arxitektura, ələlxüsus da, Dağlıq Qarabağ problemi baxımından mümkün nəticələrini araşdırmağa çalışırıq. Amma düz edirik və düz yoldayıq, ən azı ona görə ki, heç nə etməməkdən və bütün günü çalıb- çağırıb, oynamaqdansa, necə xörək bişirmək və necə xəstəliklərdən qorunmaq haqda məsləhətləri dinləməkdənsə bunun özü də böyük işdir.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Müstəqilliyin dadı…

Bu yaxınlarda həmişə olduğu kimi xalqla bir yerdə şəhərdaxili marşrutların biri ilə evə qayıdanda şahidi olduğum maraqlı bir söhbəti sizinlə bölüşmək istəyirəm. “Baksovet” tərəfdə olan marşrutun başlanğıc nöqtəsində avtobus dolduqdan sonra sürücünün mühərriki gec işə salması ahıl bir kişinin narazılığına səbəb oldu. “Adə, sür də, nə qədər gözləməliyik?” iradı ilə başlayan söhbət çox-çox uzaqlara qədər gedib çıxdı. Dayanmadan gileylənən ağsaqqal bu dövrü ömrünün çox hissəsini yaşadığı sovet dövrü ilə müqayisə etməyə başladı.

Tam mətn
Muəllif: Zəminə Rüstəmova

İlhamə Quliyeva mədəniyyət naziridir, yoxsa prezidentin köməkçisi?

Nazpəri Dostəliyeva İlhamə Quliyevanın davranışları haqda şok açıqlama ilə çıxış edib. İlhamə Quliyeva və Nazpəri Dostəliyeva insidentinin dərin və düşündürücü köklərinin olduğu üzə çıxır. General-polkovnik Mirqafar Seyidovun adı hallanır. Nazpəri Dostəliyeva açıb sandığı, töküb pambığı: «Məni baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə dəvət edəndə əvvəl bunu kiminsə zarafatı kimi qəbul…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Aygün Kazımovanın qardaşının məhkəmə istintaqı başa çatıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Əsgəroğlu-K” MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov, şirkətin direktor müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Valentinanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul olunub. Dövlət ittihamçısı…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Əkrəm Əylisli “Xalq yazıçısı” adından və fərdi təqaüddən məhrum edildi

Əkrəm Əylisli “Xalq yazıçısı” fəxri adından məhrum edildi, daha Prezidentin fərdi təqaüdünü də ala bilməyəcək. Ölkə prezidenti bu barədə sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikasının müstəqillik illərində dövlət mükafatlarına layiq görülmüş Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) xalqın ona göstərdiyi yüksək etimaddan sui-istifadə edərək, son əsərində Azərbaycanın tarixi…

Tam mətn