Muəllif: İbrahim Nəbioğlu

MÜNƏVVƏR VƏ BALƏLİ

(Avstriya Gündəliyi – 5) Uşaq vaxtı zəngli saatla deyil, tramvay səsilə oyanırdım. Cingiltisi sabahın səssizliyini yarırdı. Dəmir təkərləri relslərin calağından qıcırtılı səs çıxaranda gözlərim açılırdı. Saata baxmağa ehtiyac qalmırdı, tramvay ilk fitini saat düz altıda çalırdı. Bu isə hələ bir saat da yerimdə şellənə bilərəm deməkdi. Yeddi tamamda artıq yataqdan qalxır və anam məni məktəbə hazırlayırdı. O uzaq illərdən hafizəmdə qalan ən bariz səs elə 1 nömrəli tramvayın çıxardığı əsrarəngiz səslərdir… Oteldə gözlərimi tramvay səsilə açıram.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

Klimtin öpüşü

(Avstriya Gündəliyi – 4) Gecədən başlayan yağış hələ də yağır. Sabahın erkən saatında səhər yeməyi verilən otelin restoran bölümündə Baxın hansısa sıxıcı bir fuqası çalır. Yan masada oturanlar ortalıqda dolaşan gözəl bir qadına musiqini dəyişdirməyi xahiş edirlər. Qadın təbəssümlə təmizlik işçisi olduğunu, musiqi seçiminə qarışmadığını bildirir. Yağışın şiddəti artdıqca navalçadan axan suların səsi Bax polifoniyasının səsini batırır. Meteoroloji günboyu yağış proqnozu verir. Yağış leysana keçsə belə, biz Vyananı kəşf etməkdən usanan deyilik.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

Ziqmund Freydin yatağı

(Avstriya Gündəliyi – 3) Zalsburqdan sonra paytaxt Vyanaya gəldik. Necə vəsf edəsən bu möhtəşəm şəhəri, necə tərif edəsən onu? Kimi bu şəhəri musiqiyə bənzədir, kimi də ona “Muzey-Şəhər” deyir. Hətta onu “Bayramlar şəhəri” adlandıranlar da var. Heminquey Parisi bayram kimi görmüşdü. Ancaq Vyana da əbədi bayramdır,  qoca Hemin dediyi kimi “hər zaman səninlə olan bayram”. Habsburqlar xanədanı (alm. Habsburger) bir zamanlar dünyanın yarısını İmperiya paytaxtı olan bu şəhərdən idarə etmişdi.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

STELLA YEFİMOVNA

(Avstriya Gündəliyi – 1)  Almaniya sərhəddindən cəmi 5 km məsafədə yerləşir Zalsburq. Bu gözəl şəhər Vyana, Graz və Linzdən sonra Avstriyanın 4-cü şəhəridir. Ancaq Avstriya deyəndə hər kəsin ağlına iki şəhər gəlir – Vyana və Zalsburq. Zalsburq inzibati olaraq Avstriyaya bağlı olsa da adət və ənənələri, şvab ləhcəsi və ən əsası da tarixi, mədəniyyəti ilə əməlli-başlı Bavariya şəhəridir. Elə Tirol əyalətinin əhalisi də istər Zalsburq olsun, istərsə də İnsburq, özlərini Vyanadan çox Bavariyaya yaxın hiss edirlər.

Tam mətn