Muəllif: Elçin Şıxlı

Bahnhof və vağzal

Gözüm yaman yol çəkir. Eyvandan qonşu evlərin damları və təkəm-seyrək hündür ağacların üstündən nə isə görmək istəyirmiş kimi uzaqlara baxıram. Qulaqlarımdakı güyültü və beynimdəki boşluqdan başqa heçnə duymuram… *** Qatarın tərpənməyinə bir-neçə dəqiqə qalmış bələdçinin israrlı tələblərindən sonra candərdi içəri keçdim — ən azı 10-12 saat yol getmək gözümə durmuşdu. Yerimə keçib əyləşdim və pəncərənin pərdəsini aralayıb bayıra boylandım. Maraqlı heçnə yoxuydu.

Tam mətn