Muəllif: Pərviz Cəbrayıl

Diringi-dəngiş Nəsiminin xalqı…

Sovet dövründə tərcümeyi-hallarda mütləq şəxsin gəldiyi ailənin sosial mənşəyi haqda bir cümləni qeyd edirdilər – məsələn: “Ziyalı ailəsində doğulmuşam”. Ziyalı kim idi? Sadəcə, oxumuş, savadlı adam. Müəllim idisə, ziyalı sözünü əlini ürəyinin üstünə qoyub çox arxayın şəkildə yaza bilərdin. Yox, atan, ya anan sadəcə ali təhsilli məmurdusa, o cümləni yazanda bir az böyür-başına baxırdın, üzün xəfifcə qızarırdı. Yəni insanlar sövq-təbii bilirdilər ki, yox, bu ziyalı deyilən şey nəsə başqadı… Gələk öz çağımıza. Bəs indi kimdir ziyalı?

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

ABİDƏ İNSAN

Məmməd Novruzoğlu Əliyevin 75 illiyinə 1993-cü ilin avqust ayı idi. Azərbaycan prezidenti Heydər Əliyevin əmri ilə Azərbaycan Televiziyasının Türkiyə Təmsilçiliyi təsis olundu. Məni isə Heydər Əliyevin tövsiyyəsi ilə Təmsilçiliyin müdiri təyin etdilər. Həsən Həsənov Xarici işlər naziri vəzifəsinin icrasına yenicə başlamışdı. Mənə akkreditasiyadan keçmək üçün Türkiyə Xarici işlər nazirliyinə təqdim etmək üçün rəsmi bir məktub verdi. O məktubla sentyabrın əvvəlində Türkiyəyə gəldim — nə yerim vardı, nə də yurdum, heç kamera və operatorum da yoxdu.

Tam mətn
Muəllif: Administrator

Tehranda İdlib görüşü

Bizim bu söhbətimizi sizə çatdıranadək Tehran görüşü keçirildi də, bitdi də. Amma summitdən əvvəl dediklərimizin sammitdən sonra nə qədər keyfiyyətli olduğuna qiymət vermək daha maraqlı ola bilər.

Tam mətn
Muəllif: Rauf Mirqədirov

ÜMİD ALLAHA QALIB

Türkiyənin milli valyutası ABŞ-la davam edən siyasi gərginlik fonunda sürətlə ucuzlaşmaqdadır. Söhbət yalnız nazirlərə qarşı qarşılıqlı sanksiyalardan getmir. Əslində Vaşinqtonun Türkiyə hökumətinin iki nazirinə qarşı tətbiq etdiyi sanksiyalar “cızığından çıxmış” prezident Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq,  dünya bazarlarına və aparıcı beynəlxalq oyunçulara ABŞ-Türkiyə münasibətlərində yeni mərhələnin başlanması ehtimalının gerçəkliyi haqqında ciddi bir mesaj idi.Vaşınqton bu xəbərdarlığa rəsmi Ankara tərəfindən adekvat reaksiya gözləyirdi. ƏRDOĞAN “ŞİR ÜRƏYİ YEYİB” Ərdəğansa “şir ürəyi yediyini” nümayiş etdirməyi qərara aldı.

Tam mətn
Muəllif: Rauf Mirqədirov

ƏRDOĞANIN ZƏFƏRİ …

Qorxusuz-hürküsüz hakimiyyətdən getmək imkanının qalması xoşbəxtlikdir (sonuncu məqalə) Türkiyədəki seçkilərdən iki gün əvvəl kütləvi informasiya vasitələrindən biri məndən qardaş ölkədə hakimiyyət dəyişikliyinin nə dərəcədə real olduğunu soruşdu. Sualın qoyuluşundan hiss etdim ki, demokratik mətbuatın təmsilçisi olan həmkarımın Ərdoğanın seçkilər nəticəsində hakimiyyətdən gedəcəyənə böyük ümüdləri var. Sualına cavab verdim. Bilmirəm, inandıra bildim, ya yox. Amma seçkilərin nəticələri, təəssüflər olsun ki, bu mübahisədə məni haqlı  çıxartdı. HƏR XALQ ÖZ AQİBƏTİNƏ LAYİQDİR Mənim deyil,  Şarl Lui Monteskyönün sözləridir.

Tam mətn
Muəllif: Admin_ayna

Türkiyədə seçkidir

https://www.youtube.com/watch?time_continue=4&v=U9AVScRi2k424 iyun Türkiyədə prezident və parlament seçkiləridi. Paytaxt Ankarada ab-hava yüksəkdi. Yol boyu seçkilərə qatılan partiyalar kirayələdiyi mikroavtobuslarda səsgücləndiriciylə mitinqə çağırışlar edirlər. Namizədlərin plakatları, seçki musiqiləri küçə-küçə, məhəllə-məhəllə hər yeri bəzəyib. AKP-nin plakatları, təbliğatı daha güclüdür. İqtidarda olan AK partiyanın plakatları Ankarada daha çox gözə dəyir. Ən gözəgəlimli yerlərdə, binaların künclərində böyük ölçülərdə Rəcəb Tayyib Ərdoğanın şəkilləri vurulub. Bir neçə yüz metrdən bir avtobuslarda, avtomobillərdə AK partinin şüarları, bayraqları və namizədlərin fotoları vurulub.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

ABŞ-LA TÜRKİYƏ ARASINDAKI SOYUQ KÜLƏKLƏR HARA İSTİQAMƏTLƏNİB?

ABŞ rəsmiləri “İncirlik” hərbi bazası ətrafındakı söz-söhbəti tamam inkar etsələr də məsələ ətrafındakı müzakirələr davam etməkdə və yeni ehtimallar meydana çıxmaqdadır – hələ də bir çoxları iddia edir ki, hərbi baza ya bağlanacaq, ya da onun fəaliyyəti məhdudlaşdırılacaqdır. Bu cür ehtimalların davamlı olmasının bir əsas səbəbi də budur ki, Ankaranın öz geosiyasi orientasiyasını dəyişəcəyi, hətta NATO-nu tərk edəcəyilə bağlı proqnozlar əvvəllər də dəfələrlə səslənib. Bu mövzuda xüsusən rusiyalı siyasətçilər və politoloqlar çıxış etməyi daha çox sevir.

Tam mətn