Muəllif: Seymur Kazımov

Niyə fərqli düşünə bilmirik?

Sentyabrın 15-də Azərbaycanda növbəti tədris ili başlanacaq. Bu il həm də ilk dəfə tələbə adı qazananlar ali məktəblərə üz tutacaq. Tələbəlik həyatın ən gözəl mərhələsi olduğu kimi, həm də ən məsuliyyətli illəridir. 4-6 illik ali təhsil bir insanın bütün gələcəyini müəyyən edir. Əgər verilən təhsil keyfiyyətli deyilsə, o zaman vəziyyət başqa məcraya yönəlir. Azərbaycan təhsil sistemi haqqında fikirlər birmənalı deyil. Hər il qəbul imtahanlarına giriş ballarının aşağı salınması baza təhsilinin qənaətbəxş olmadığını göstərir.

Tam mətn
Muəllif: Seymur Kazımov

Gürcüstan 2691- Azərbaycan 14

2017-2018-ci tədris ilində Gürcüstanda 2691 Azərbaycan vətəndaşı ali təhsil alır. Onlardan 501-i dövlət, 2190-ı isə özəl ali məktəblərdə oxuyur. Azərbaycanda təhsil alan Gürcüstan vətəndaşlarının sayı isə 14 nəfərdir. APA-nın Gürcüstan Milli Statistika İdarəsinin hesabatına istinadən verdiyi məlumatda belə deyilir. 14 nəfər Gürcüstan vətəndaşı Azərbaycandakı özəl ali məktəblərin tələbələridir və Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında iştirak edərək tələbə adını qazanıblar.

Tam mətn
Muəllif: Vüqar Abbasov

Ən şirin meyvə — təhsilin meyvəsi

Aristotel: “Təhsilin kökü acı, meyvəsi şirin olur.” “Təhsilin meyvəsini ona sevgini verdiyin zaman dərə bilərsən” — dahilərdən biri də belə deyib. Əslində təhsilin vacibliyini sübut etməyə çalışmaq aksiomanı sübut etməyə çalışmaq qədər mənasız bir cəhd olar. Ona görə də mənasız bir işlə məşğul olmaq fikrində deyiləm. Açığını deyim ki, son vaxtlarda mətbuatı az izləyirəm. Səbəbi çox sadədir; yazılanların çoxu mənə qərəzli, yaxud da tərəfli gəlir.

Tam mətn
Muəllif: Redaksiya

Türkiyədə Azərbaycanlı İş adamları Birliyinin yaradılması təqdir edildi

Daha bir uğurlu əməkdaşlıq. Türkiyədə Azərbaycanlı İş adamları Birliyinin yaradılması təqdir edildi. Bu barədə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və bir qrup əməkdaş Qafqaz Universitetində olarkən söz gedib. ASK təmsilçiləri Qafqaz Universitetinin maddi-texniki bazası ilə tanış olublar. Məmməd Musayev konfederasiyanın fəaliyyəti haqqında danışarkən bildirib…

Tam mətn
Muəllif: Redaksiya

Təhsil sahəsində təcrübəsi olmayan təhsil naziri oldu

Misir Mərdanov təhsil naziri vəzifəsindən azad edilib. Bu vəzifəyə Mikayıl Cabbarov təyin olunub.Bu barədə prezident İlham Əliyevin sərəncamı dərc edilib. Prezidentin digər sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Çingiz oğlu Cabbarov təhsil naziri təyin edilib. Professor Misir Mərdanov nazir olana qədər ali təhsilin bütün pillələrini keçmişdi və…

Tam mətn
Muəllif: Aynurə Əhmədova

Xarici universitetlərin reytinqi: onlara inanmaq olarmı?

Əgər qəti olaraq xaricdə təhsil almaq fikrinə gəlmisinizsə, onda universiteləri götür-qoy etməli olacaqsınız. Axı təkcə Böyük Britaniya və ABŞ-da 5000-dən çox ali məktəb var. Bir çoxları düşünür ki, bəlli reytinqlər onlara daha münasib ali məktəbi seçmək imkanı verəcək. Bir çoxları üçün universitet reytinqləri seçimdə yeganə və sözsüz əsas rolunu…

Tam mətn