Muəllif: İbrahim Nəbioğlu

YAŞIL TAXTA PARÇASI

Məzarı üçün qeyri-adi bir yer seçilmişdi. Vəsiyyətinə uyğun olaraq dəfnində dini rituallar yerinə yetirilmədi. Zatən rus kilsəsinin Sinodu ölümünə yaxın onu pravoslavlıqdan çıxartmışdı. Dəfnində keşişin ənənəvi ayini yerinə mərhumun dostu “yaşıl taxta parçası” haqda bir hadisə danışdı. Böyük rus yazıçısı Lev Tolstoyun belə fərqli yerdə dəfn edilməsinin səbəbi o hadisənin nəqlindən sonra aydın oldu… Yaşıl taxta parçası uydurulmuş, unudulmuş bir artefaktdır, yəni insan tərəfindən yaradılmış obyektdir. Deyirlər ki, guya Ümumbəşəri Səadətin sirri bu artefaktda saxlanılıb.

Tam mətn