Muəllif: Kamran Mahmudov

Vicdanla söhbət

2015-ci ildən rəsmən işsizəm. Müstəqil jurnalist kimi fəaliyyət göstərirəm. Yavaş-yavaş yaşlandığımı və ölkədəki medianın durumunu nəzərə alaraq özümə sabit gəlirli bir iş axtarmaq qərarına gəldim. Hətta bu barədə elanı sosial şəbəkələrdəki hesablarımda da yerləşdirmişdim. Görənlər bilir. Bunu həm də damar yoxlaması adlandırmaq olardı. Ki, görək dostlardan, tanışlardan eləcə də həmkarlardan kim dillənəcək. Gözlədiyim oldu. Heç kim dillənmədi. Səbəbləri aydındır. Üzlərinə vurmaq istəmirəm. Zatən bu günə qədər düşdüyümüz bu vəziyyətin səbəbi onların belə hallarda yaşadıqları sindromlar deyilmi?

Tam mətn
Muəllif: İsmayıl Umudlu

İsmayıllı polisi Bakıdan gələnləri şəhərdən qovub

Çərşənbə axşamı saat 15 radələrində İsmayıllı şəhərində polis Bakıdan gələn bir qrup hüquq müdafiəçilərini və jurnalistləri saxlayıb. Turan-ın müxbirinin verdiyi məlumata görə, nümayəndə heyəti ümumilikdə təxminən 20 nəfərdən ibarətdir. Şəhərə girişdə Yol Polisinin nəzarət məntəqəsində bir neçə maşında oturan hər kəsin sənədləri yoxlanılıb və səfərin məqsədi soruşulub. Heyət şəhərə…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Elşad Abdullayevdən yenə də intriqalı video

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin sosial şəbəkələrdə yeni və yenə də siyasi intriqalarla dolu videosu yayılıb. Elşad Abdullayev bu dəfə 1 saatlıq yeni video təqdim edir. Videoda sabiq rektorun MTN mayoru olmuş və oğurlanmış qardaşı Mahir Abdullayev, bandit qruplaşmaları, dövlət rəsmiləri, rüşvət…

Tam mətn
Muəllif: Zəminə Rüstəmova

Ülviyyə Tağıyeva: «Bəzən deyirəm: Niyə gəldim bu sənətə?»

Türkiyədə «Pop-star Alaturka» musiqi yarışmasında ölkəmizi təmsil edən və son vaxtlar səsini az eşitdiyimiz Ülviyyə Tağıyeva istedadı ilə sevilən sənətçilərdəndir. Həzin səsi ilə adını yaddaşlara həkk edəndən sonra az görünən sənətçi dəstək gördüyü qədər, təpkilərlə də üzləşib. Onun müsahibəsi də elə bu haqda olacaq: Ondan soruşduq: «Pop-star Alaturka» musiqi…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Bacısını boşadığı üçün bıçaqlayıb

Şəki Ağır Cinayətlər Məhkəməsində baxılan bu işdə Balakən sakini İlyas İlyasov (1974) qəsdən adam öldürməyə cəhddə ittiham olunurdu. Bu cinayət işi üzrə məhkəmə başa çatdı. İlyas İlyasov 14 iyun 2008-ci ildə, saat 16:00 radələrində Mahaçqalada «Spartak» idman kompleksinin yanındakı parkda keçmiş yeznəsi Mehman Ömərov ilə bacısı Sonanı boşamış olması…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

İrəvandan hiyləgər təklif, Moskvadan rədd cavabı

Ermənistan Türkiyə və İranla sərhədlərinin qorunmasını  nə vaxtdan bəridir  Rusiyanın boynuna yüklədiyi ilə fayətlənməyərək, Azərbaycanla sərhədlərin qorunmasını da onun boynuna (oxu: Rusiya vergi ödəyicilərinin) yükləmək fikrinə düşüb. Moskva onların rəsmi müraciətinə mənfi cavab verib. Bu

Tam mətn
Muəllif: Redaksiya

Qəbələ RLS-in axırı nə olacaq?

Qəbələ RLS-in gələcəkdə elmi tədqiqat mərkəzinə çevrilməsi təklif olunur. Trend-in məlumatına görə, bu təklifi Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı səsləndirib. «Hər halda bu məsələ ilə bağlı Azərbaycanın müvafiq strukturları, mütəxəssisləri öz rəylərini və qərarlarını verəcəklər», — Qurbanlı jurnalistlərə deyib. Millət vəkili qeyd edib ki,…

Tam mətn