Muəllif: Pərviz Cəbrayıl

ZƏRDÜŞT ÖLDÜR DEDİ, MƏHƏMMƏD SEVDİ…

Dinlərin pişiyə münasibəti tarixən fərqli olub və zaman-zaman dəyişib. Bəs hansı din, hansı peyğəmbər pişiyə necə yanaşıb, bir-bir baxaq: İudaizm Tövratda pişiyin adı yerli-dibli çəkilmir. Bunu bəzi araşdırmaçılar köçəri yəhudilərin anbar keşikçisinə — yəni siçanların qəniminə ehtiyaclarının olmaması ilə izah edir. Bundan başqa, yəhudilər pişiyi bütpərəstliyin rəmzi sayıblar. Misirin əsarətində olan yəhudilərin koptların müqəddəs saydığı heyvana münasibəti başadüşüləndir. Talmuda görə, pişiklərin ilanları yaxalaması qiymətləndirilir, ancaq onların uşaqlar üçün çox təhlükəli olduğu bildirilir.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

Onu bağışlamaq olarmı?

Bəri başdan boynuma alıram ki, bir sual qarşısında son dərəcə aciz qalmışam: “Onu bağışlamaq olarmı?” Təbii sual doğur: — Kimi? Ən yeni Azərbaycan tarixinin də ən aktiv sualı məhz budur: “Onu bağışlamaq olarmı? Və kimi?” Bu sual baş verən proseslərdən dərhal sonra amansız formada, həm də az qala hər fərd üçün eyni şəkildə gündəmə gəlir. “Onu bağışlamaq olarmı” sualı az qala fərdlərin taleyini həll etdi və hələ də edir.

Tam mətn
Muəllif: Mehparə Rəhimqızı

Xeyir, yoxsa şər?

Səhər məktəbə gedirdim. Qarşı tərəfdə, sürücünün  yanında orta yaşlı bir kişi oturmuşdu. Maşın yola düşəndən bir qədər sonra sürücü ilə söhbətə başladı. Daha doğrusu o danışır, sürücü  də qulaq asır, hərdən də onun sözlərini təsdiq edirdi, yola diqqət etdiyindən çox az hallarda həmsöhbətinin sözlərinə cavab verirdi, amma adamın danışdıqlarının onun da ürəyindən olduğunu görürdüm. Söhbəti  istər-istəməz mən də eşidirdim.

Tam mətn