Muəllif: Admin_ayna

Türkiyədə seçkidir

https://www.youtube.com/watch?time_continue=4&v=U9AVScRi2k424 iyun Türkiyədə prezident və parlament seçkiləridi. Paytaxt Ankarada ab-hava yüksəkdi. Yol boyu seçkilərə qatılan partiyalar kirayələdiyi mikroavtobuslarda səsgücləndiriciylə mitinqə çağırışlar edirlər. Namizədlərin plakatları, seçki musiqiləri küçə-küçə, məhəllə-məhəllə hər yeri bəzəyib. AKP-nin plakatları, təbliğatı daha güclüdür. İqtidarda olan AK partiyanın plakatları Ankarada daha çox gözə dəyir. Ən gözəgəlimli yerlərdə, binaların künclərində böyük ölçülərdə Rəcəb Tayyib Ərdoğanın şəkilləri vurulub. Bir neçə yüz metrdən bir avtobuslarda, avtomobillərdə AK partinin şüarları, bayraqları və namizədlərin fotoları vurulub.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Məhv olmuş müəllim nüfuzu və seçki…

Nəticəsinin hamının əvvəldən bildiyi seçki bitdi. Bu seçki də xatirələrimizdə bəzi izlər qoydu getdi. Sizi bilmirəm, amma mən hər seçkidən sonra insanların davranışları haqda düşünürəm. Bu dəfə də belə oldu. Bu seçki də xatirimdə pis təəssüratlarla iz buraxdı. Niyə? İndi deyim. Yəqin ki, əksəriyyətiniz prezidentliyə feyk namizədlərin təbliğat və təşviqat prosesləri zamanı hazırlanmış videoları gördünüz. Mən həmin feyk namizədlərin guya seçicilərlə görüşündən müstəqil media orqanlarının hazırladığı reportajları nəzərdə tuturam. Niyə guya?

Tam mətn
Muəllif: Kamran Mahmudov

Seçki təbliğatı və ya sığal axtaran başlar…

Aprelin 11-də növbədənkənar prezident seçkiləridir. Rəsmən təbliğat-təşviqat başlamayıb. Buna baxmayaraq artıq bir çoxları qollarını çirmələyib, əməlli-başlı işə girişiblər. Ard-arda bəyanatlar verilir. Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, bütün jurnalistlər İlham Əliyevə dəstək verəcəklər. Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov bildirir ki, bütün qarabağlılar prezidenti dəstəkləyəcək. Deputat Hadı Rəcəbli deyir ki, bütün əlillər İlham Əliyevə səs verəcək. Ağsaqqallar Şurası, Azərbaycan alimləri, ziyalıları, aktyorları, aktrisaları, yazıçıları sanki eyni bəyanatla sıraya düzülüblər.

Tam mətn
Muəllif: Arif Əliyev

Sən məni başa düşməzsən, Alessandro!

Bu həftə İtaliyada parlament seçkiləri idi. Məzahir Pənahov o seçkilərin necə keçdiyini görsəydi, dəhşətə gələrdi. Hələ mən onun hər addımını izləyən müxalifəti demirəm. Orda seçki məntəqələrində adamların barmaqlarını mürəkkəbə batırmırlar. Vebkameralar yoxdur. Vebkameralar cəhənnəm, heç Mərkəzi Seçki Komissiyasının özü yoxdur. Ən gülməlisi isə (Azərbaycan seçicisi üçün ağlamalısı), İtaliyada bülletenləri…

Tam mətn
Muəllif: Könül Şamilqızı

Qaynar yanvara sözardı

Yanvar ayı Azərbaycanda son illərdə qarşılaşmadığımız (və gözləmədiyimiz) ictimai-siyasi fəallıqla yadda qaldı. Müsavat Partiyasının seçki startı; gənclərin əsgər ölümlərinə və ordudakı eybəcərliklərə etiraz aksiyası; «dubinka» cəzalarına iqtidarın bir də yüksək pul cərimələri əlavə etməsi; son illərin ən uğurlu və ən orijinal aksiyalarından olan «5 qəpik» kampaniyası; prezidentliyə namizəd İsa…

Tam mətn
Muəllif: Redaksiya

Əli Həsənov: «ATƏT-ə də, digər beynəlxalq təşkilatlara da ayıb olsun”

“Başda ATƏT olmaqla Ermənistanda prezident seçkilərinin beynəlxalq standartlara uyğun keçirildiyini bəyan edən beynəlxalq təşkilatlara ayıb olsun.  İyirmi ildir bizi aldadırlar. Bu nə bəyanatdır veriblər? Heç nə olmayıb, seçki gözəl keçib. Məgər bu doğrudan belədir?” APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Qaçqın və Məcburi Köçkünlərin İşləri…

Tam mətn
Muəllif: Redaksiya

Sarqsyan seçkilərdə qalib gəlib

Ermənistanın indiki rəhbəri Serj Sarqsyan 1988 seçki məntəqəsinin hamısında səslərin hesablanmasından sonra 58,64 faiz səslə prezident seçkilərində qalib gəlib. Bu barədə RİA Novosti xəbər verir.İkinci yerdə 36,75 faiz səslə (539,672 min seçici) Ermənistan XİN-in ilk rəhbəri (1991-92-ci illər) Raffi Ovannisyandır. Üçüncü yerdə böyük geriləmə ilə — 2,15 faiz (31,643…

Tam mətn