Muəllif: Elçin Şıxlı

Sahildə balıq yeyən qarğa

»İstənilən fikriniz daha milyon insanın ağlından keçir, amma mənə elə gəlir ki, insanlar yanğının tən ortasında olsalar da, bunu görmürlər». Corc Oruell Yuxum sanki ərşə çəkilmişdi. Nə qədər edirdimsə, yata bilmirdim. Elə hey qurcalanır, bir böyrümdən o birisinə çevrilirdim. Sabahın açılmasını gözləyirdim ki, durub dəniz qırağına çıxım. Gecə isə elə bil mənim acığıma yerini səhərə vermək istəmirdi. Nəhayət dan yeri əvvəlcə bozarmağa, sonra isə qızarmağa başladı. Ehmalca yerimdən qalxıb əynimi geyindim.

Tam mətn