Muəllif: İbrahim Nəbioğlu

QUM KİTABI

Sirli qonaq kitabı İndostanda bir aborigendən aldığını dedi. Kitab “Qum Kitabı” adlanır, çünki, “O da qum kimidir, nə əvvəli var, nə də sonu”… Elçin Şıxlının yubileyinə “Aynaçılar” bir film çəkiblər. Arif Əliyev ortaya bir qum saatı çıxarır o filmdə. İlk dəfə yubiley günü, dostlarla qohumların yubilyarı sevgi selinə bürüdyü axşam baxdıq filmə. Və qum saatı məni Dünya, zaman, son və sonsuzluq haqda çeşidli düşüncələrə daldırdı. Ən sevdiyim yazıçının ən sevdiyim hekayəsini xatırladım.

Tam mətn
Muəllif: Elçin Şıxlı

Qum saatı

Zənnimcə, zamanın necə tükəndiyini görmək üçün qum saatından yaxşısı yoxdur.  *** İnsan övladı özünü dərk etdiyi məqamdan zamanın sahmanlanmağı barədə düşünməyə başlayıb və vaxtı ölçməyin yollarını arayıb. Günəş, ulduz, su, alov, qum, mexaniki, kvars, elektrik, elektron, atom və hətta çiçək saatı belə icad edib. Sabah nə olacaq bilmirəm, amma bu o qədər də vacib deyil, çünki zaman onu ölçən cihaz və insanlara tabe olmur. O, heç bir çərçivəyə sığmır. Onu cilovlamaq mümkün deyil.

Tam mətn