Muəllif: Hüseynbala Səlimov

Yağışdan sonra göbələk kimi çoxalan politoloqlar…

Əvvələr onlardan bizdə hələ yox idi. Bəli, müstəqil ölkənin yarımmüstəqil politoloqlarını deyirəm. Qərəz, biz sovetlərdən yenicə çıxmışdıq. Daha düzünü humanitar fakultələri bitirənlər deyər, amma mənim bildiyim budur ki, o vaxt elmi kommunizm və ateizm vardı, materialist fəlsəfə və sosialist iqtisadiyyatı vardı, hətta sosiologiya da vardı, amma politologiyadan söz düşəndə dərhal böyrünə “burjuaziya” sözünü yapışdırırdılar. Odur ki, heç bilmirəm sovet vaxtı belə bir fənn ümumiyyətlə tədris olunurdu ya, yox?

Tam mətn
Muəllif: Zülfüqar Rüfətoğlu

Tramp niyə Qorbaçov ola bilmədi?

Donald Trampın ABŞ seçkisindəki gözlənilməz qələbəsinə bütün dünyada, hətta Amerikanın özündə də ruslar qədər sevinən yox idi. Rusiyada isə ən çox sevinənlərdən biri də “KGB”nin mürtəce “Russia Today” media qurumunun baş redaktoru Marqarita Simonyan olmalıydı. Marqarita xanımın sevinmək üçün yəqin ki, əsası vardı, çünki Qərb kəşfiyyatının materiallarına görə, Ekvadorun Londondakı səfirliyində əsir olan Wikileaks başçısı Assanj (Assange) ilə məxfi şəkildə görüşən o, olmuşdu.

Tam mətn