Muəllif: Arif Əliyev

Qarabağı unutmamağın yeganə yolu — onu qaytarmaqdır!

İngiltərənin baş naziri Tereza Mey Rusiyaya qəzəblənib və onun ünvanına… Azərbaycan üçün çox ağır ifadə işlədib. Britaniya hökumətinin rəhbəri London lord-merinin verdiyi ziyafətdə deyib ki, Moskva ara qarışdırır, Qərb ölkələrini üz-üzə qoymaqla dünya düzənini pozmaq istəyir, başqa dövlətlərdə seçki proseslərinə müdaxilə edir, müdafiə sistemlərinə haker hücumlarının arxasında dayanır, təxribat məqsədi ilə yalan xəbərlər yayır, «informasiyanı silaha çevirməyə» çalışır.

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

Qarabağ problemində beş rayon illüziyası

və bir də  A.Duqinin ocaqbaşındakı status-kvo söhbəti haqqında Qarabağ danışıqlarında Rusiyanı əvvəldən Minsk qrupunda təmsil etmiş Vladimir Kazimirov, yəqin ki, çoxlarının yadındadır. Ona bu problem barədə sual verəndə  adam işgüzar görkəm alıb o qədər uzun, yayğın və mənasız danışırdı ki, lap bezirdin. Kazimirovu xatırlayanda indi də onun üçün dəfələrlə mikrofon saxlamış biləklərim gizildəyir. Nə qədər sözünü kəsirdin, nə qədər yönəldici və mahiyyətə aid suallar verirdin, xeyri yox idi, yalnız öz bildiyini danışırdı.

Tam mətn
Muəllif: İsmayıl Umudlu

«Seçki ili — çətin dövrdür»

— Əvvəla onu qeyd edim ki, mən ABŞ-ın sabiq dövlət katibinin adından yanlış sitatların gətirilməsini istəməzdim. Əgər biz ABŞ-ın dövlət katibinin adından sitat gətiririksə, o sitat dəqiq olmalıdır. Bundan başqa, onu vurğulamaq istəyirəm ki, Amerika Birləşmiş Ştatlarının həm Azərbaycan, həm də Rusiya Federasiyası ilə yaxşı münasibətləri var….

Tam mətn
Muəllif: Redaksiya

Bakı Con Kerrinin təklifini alqışlayır

Dövlət katibi Con Kerrinin Türkiyədə olarkən bu ölkənin Dağlıq Qarabağ münaqisəsinin həllində rolunun artırılmasına dair fikirləri ABŞ erməni diasporunun ciddi tənqidi ilə üzləşib. Halbuki konqresmen kimi Con Kerri hər zaman erməni diasporunu və lobbisini dəstəkləyən şəxslərdən biri olub. Bununla bağlı, AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad…

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

Rüstəm İbrahimbəyovun Qarabağ tezisləri

Yenə vurhavur, yenə hay-həşirdir. Yenə ölkə mediasında qəzəb dalğası kükrəyir, manipulyasiya qasırğası püskürür, qəzetlər asıb-kəsir, yalanın biri-bir qəpiyə gedir. Qaraya boyanmış ekranlardan açılan yaylım atəşləri yenə də millətin başucalığı və qürur yeri olan görkəmli kinodramaturq Rüstəm İbrahimbəyovu hədəfə alıb. Onun Rusiyanın «Rosbalt» saytına verdiyi son müsahibə yazıçıya qarşı yeni…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Ara Arutyunyana cavab özünü çox gözlətmədi

Ermənilərin sən demə Xocalı aeroportundan istifadə etmək istəklərinə insan hüquqları müstəvisindən baxılmalı imiş… Bunu deyən adam ya zır savadsızdır, ya da həyasızlığı özünə iş-peşə etmişin birisidir, hələ dili ötür. Adamın yaxasından tutub deyərlər, bu uçuş istəklərinə insan hüquqları müstəvisindən baxılmalıdırsa, onda etnik təmizləməyə və soyqırıma məruz qalmış, əmlakları talan edilmiş,…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Qarabağ və Dilbaz at cinslərini xilas etmək mümkün olacaqmı?

Ayna və Zerkalo qəzetlərinin az qala 20 ildən bəridir həyəcan təbili çalmasına rəğmən dövlət hərəkətə gəlmək istəmədi. Hər şübhəli işə pul tapılsa da, nəsli kəsilməkdə olan Qarabağ və Dilboz atlarına pul tapılmadı. Bizi dinləmədilər. Atların isə dili yoxdur. Ölkəmizin adına şərəf gətirə biləsi bu məsələyə məhəl qoyan olmadı. Özü…

Tam mətn