Muəllif: Elçin Şıxlı

Tənək

İndicə sovet dövrünün ən məşhurlarından biri olan “Əsgər atası” filminin “tənək” adlanan bir parçasına baxdım. Çox təsirli səhnədir. Qoca gürcü darmadağın edilmiş Berlin ətrafında möcüzə nəticəsində salamat qalmış kiçik bir üzümlüyə rast gəlir və tənəklərin arası ilə gəzərək laxlamış dirəkləri bərkidir, kövrəlmiş halda onlarla insan imişlər kimi danışır, amma gürcü dilində, çünki bu uzaq torpaqlarda özünə doğma bir varlıqla qarşılaşmışdı və onun ana dilində dediklərini yalnız o, anlaya bilərdi.

Tam mətn