Muəllif: Pərviz Cəbrayıl

“BU “BƏY”, “XAN” HAMIMIZIN ANASINI AĞLADACAQ…”

Söz vermişəm, bacardıqca gündəmdən yazmayacağam. Çünki bu ölkədə gündəm dediyimiz şey 99 faizlə yalan, saxta, bəsit, qurama, soxuşdurma olur. İndi yazacağım mövzusa gündəm kimi görünsə də, deyil. Qısa yazacağım uzun söhbətdi. Ən azı 20 yaşlı bəladı, şüurlu prosesin növbəti görsənişidi… *** Ernest Heminquey son saatına kimi içdi. İçdi və çəkdi! Hətta yazanda da qədəh əlindən düşmədi. Ancaq serroz olmadı, qara ciyəri çürümədi… Ölüm gəlib çıxmadığına görə özü-özünü öldürdü! *** …Ayın 4-də bəd xəbər eşitdim.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

Seçəsi olsaq… Mən ölümü seçirəm…

Bəzən adama elə gəlir ki, intihar deyilən şey ölüm deyiləndən çox baş verir. Bitib-tükənmir. Sanki bütün insanlar intihar edir, bəziləri isə hansısa səbəbdən ölür. Və sanki ona görə ölümdən ara-bir danışırıq, intihar söhbəti isə bitmir ki, bitmir. Və elə bil hər gün ölən olmur, ancaq allahın ver günü kimsə intihar edir. Daha hər yer Kərbəla, hər gün aşura deyil. Artıq hər gün intihar!

Tam mətn
Muəllif: Aytən Məmmədova

“Dözümsüz” ürəklər

“Azadlıq” qəzetinin redaksiyasına çox şikayətçilər gəlirdi. O şikayətçilər arasında hər cür adam görürdük. Onlardan bəziləri ilə söhbətlər sonradan redaksiyada lətifəyə çevrilirdi. Günlərin birində redaksiyanın telefonuna zəng gəldi. Dəstəyin o başındakı adam əlində Ziya Məmmədov haqqında yaxşı bir fakt olduğunu, bizə vermək istədiyini deyirdi, amma bu haqda telefonda danışmağı uyğun bilmirdi. Zaman o zaman idi ki, Ziya Məmmədovun oğlu məşhur “ayı kababı” qalmaqalına görə “Azadlıq”ı məhkəməyə vermişdi.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

ÖLÜMÜN XƏSTƏLİK OLACAĞI ERANIN ASTANASINDA

Xeyli vaxtdır illər əvvəl ölmüş atasının diriləcəyi xəyalı ilə yaşayır. Hər keçən gün o anın yaxınlaşdığını hiss edir. Əslində buna heç xəyal demək də olmaz. Çünki elm və müasir texnologiyalar 2030-cu ilə qədər  insanın həyatdan getmiş yaxınıyla bağlı xatirələrini onun DNK nümunələri ilə birləşdirib vəfat edənin virtual versiyasını yaradacaq. Modern dünyanın son nailiyyətlərinə baxanda bu yazdıqlarım heç də fantastika kitabından gətirdiyim iqtibas deyil, gerçəkliyin tam özüdür.

Tam mətn
Muəllif: Redaksiya

Ömürlük cəza çəkənlər az — 15-20 il istəyir

Barələrində çıxarılmış ölüm hökmü ömürlük cəza ilə əvəzlənən məhkumların müraciətinə Milli Məclisdə baxılacaq. Ömürlük cəza çəkənlər narazıdır — onlar 15-20 il müddət istəyir. İddia edirlər ki, ömürlük cəza güllələnməkdən ağır cəza növüdür. Azərbaycanda vaxtilə ölüm hökmünə məhkum edilmiş, 1998-ci ildə bu cəza növü ləğv olunandan sonra isə cəzası ömürlük həbslə…

Tam mətn
Muəllif: Redaksiya

Ermənilər yenə Tehranda 25 aprel aksiyasına hazırlaşır

Keçən il olduğu kimi, bu il də İranın paytaxtı Tehranda yaşayan ermənilər qondarma «erməni soyqırımı»nın ildönümü ilə bağlı aprelin 25-də aksiya keçirməyə hazırlaşırlar. Aksiyaya çağırış məqsədi ilə əhali arasında bildirişlər paylanır, mərkəzi küçələrin divarlarına plakatlar yapışdırılıb. Plakatların üzərində təxribat xarakterli yazılar olub: “24 aprel 1915-ci il, ölüm olsun faşist Türkiyə…

Tam mətn
Muəllif: Redaksiya

Ağ evin saytında Güney Azərbaycana dəstək müraciəti

Yanvarın 13-də Ağ evin saytının «Biz xalqıq» səhifəsində ABŞ prezidenti Barak Obamanı İranda azərbaycanlıların hüquqlarının pozulması probleminə diqqət yetirməyə çağıran müraciət yerləşdirilib. «Turan» agentliyinin məlumatına görə, müraciətdə bu tələblər yer alıb: «Biz Obama administrasiyasını İran hökumətinin İrandakı azərbaycanlıların təməl hüquqlarını pozduğunu tanımağa çağırırıq. Amerikanın Azərbaycan icması olaraq Obama administrasiyasından xahiş…

Tam mətn