Muəllif: Aytən Məmmədova

İslahatdan çıxmaq

Nelson Mandelanın kiçik oğlu Tembekile avtomobil qəzasında həlak olanda onun atası hələ həbsxanadaydı. Ömrünün 27 ilini cənubi afrikalıların azadlığı üçün dəmir barmaqlıqlar arasında keçirən Madibaya dəfndə iştirak eləməyə icazə vermədilər. O, böyük faciəsini təkadamlıq kamerada kədərli sükutla yaşamışdı… “İslahatdan çıxmaq” ifadəsi nəsə yaddaşımın dərin qatında yer alıb. “Nə haqda deyirdilər onu?” sualı ilə özümü bir az yordum. Sonra xatırladım. Yaşlı adamların leksikonundan yaddaşımda ilişib qalmışdı. Nəsə sıradan çıxırdısa, ələgəlməz olurdusa, “islahatdan çıxıb” deyirdilər.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

Yağışdan sonra göbələk kimi çoxalan politoloqlar…

Əvvələr onlardan bizdə hələ yox idi. Bəli, müstəqil ölkənin yarımmüstəqil politoloqlarını deyirəm. Qərəz, biz sovetlərdən yenicə çıxmışdıq. Daha düzünü humanitar fakultələri bitirənlər deyər, amma mənim bildiyim budur ki, o vaxt elmi kommunizm və ateizm vardı, materialist fəlsəfə və sosialist iqtisadiyyatı vardı, hətta sosiologiya da vardı, amma politologiyadan söz düşəndə dərhal böyrünə “burjuaziya” sözünü yapışdırırdılar. Odur ki, heç bilmirəm sovet vaxtı belə bir fənn ümumiyyətlə tədris olunurdu ya, yox?

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

Uşaqlar birdən qışqırdı ki, atamız ölüb…

Fevralın 4-də 15-dən çox azərbaycanlı ailə xüsusi reyslə Azərbaycana göndərilmək üçün Düsseldorf hava limanına aparılıb. 7 övladı olan Səbuhi adlı mühacir isə Azərbaycana dönməmək üçün damarlarını doğrayıb. Səbuhinin həyat yoldaşı Könül Hüseynova deyib: “Polislər deportasiya qərarını icra etmək üçün Kasseldə yaşadığımız evə gəldilər. Yoldaşım tualetə getdi, qayıtmadı. Uşaqlar birdən qışqırdı ki, atamız ölüb. Səbuhi damarlarını doğramışdı, qanı axıb dəhlizə qədər çıxmışdı. Bir qədər bundan əvvəl də soydaşlarımızdan biri beləcə, eyni səbəbdən intihar etmiş, dünyasını dəyişmişdi.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

İNDİ DƏ MİSİR FİRONLARININ TÖRƏMƏLƏRİ OLDUQ?..

Yazının iddiası elə də böyük deyil: bir az gələcək, bir az da bu konteksdəki yalan təsəvvürlərimiz haqqında danışmaq istəyirəm. Özü də çox qısaca – odur ki, narahat olmayın, sizi Yeni il ərəfəsindəki daha vacib işlərdən çox da ayırmayacam. Əslində gələcək fərd olaraq insanlara yaxşı heç nə vəd etmir, hərçənd, bütün insanlar özlərilə bağlı ən xoş məqamları gələcəyə ünvanlayır, bütün planlarını onunla əlaqələndirirlər.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

BU ÖLKƏDƏ DOST QATİLİ OLMAQ…

— Daha dözə bilmirəm. Maşınımı, krediti hələ tam bitməmiş evimi, bütün əşyalarımı, mebelimi, nəyim varsa hamısını satıb gedirəm, baş götürüb qaçıram bu ölkədən. Gəl, sən də daşı ətəyindən tök, birgə gedək! — … — Biz bir gün görmədik, barı uşaqlarımız görsün, insan kimi yaşamağın nə olduğunu bilsin, bilsin ki, dünyaya niyə gəlib! Niyə? Ona görə gəlib ki, bu dünyada adam kimi yaşayıb, həyatdan zövq alsın, ömür başa çatanda da, gözü arxada qalmadan çıxıb getsin. Hə, nə deyirsən?

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

Biz liliputlara necə çevrildik?..

Yəqin çox ünlü bir insan — C.Svift “liliput” sözünü ədəbi-ictimai dövriyyəyə daxil edəndə heç özü də güman etmirdi ki, bu sözün onlarla başqa mənaları da yaranacaq; insanlar ona yeni-yeni çalarlar verəcək və söz təkcə adi fiziki məziyyəti ehtiva etməyəcək özündə, yeni mənalar da daşıyacaq. Amma gəl, mənim işim bununla deyil. Bu günlərdə internetdə “eşələnəndə” oxudum ki, Dünyada vur-tut 800 liliput var!

Tam mətn
Muəllif: Seymur Kazımov

Haqq, hüquq, ədalət

Acınacaqlı durumdur. Ölkədə hansısa obyekt, təşkilat və s. qapadılanda ağlımıza gələn ilk şey qarın olur. Daha dəqiq ifadə etsək, “gör, nə qədər adam işsiz qalacaq, balaları gecə ac yatacaq”. Təxminən belə bir şey. Aydın məsələdir ki, kiminsə balasının ac yatması çox ciddi və qlobal məsələdir, buna görə də fakt qınanmalıdır. Yalnız, elə dəyərlər var ki, onları qarınla, aclıqla ölçmək bir cəmiyyət üçün faciədir. Deyir ki, çox uzağa getməyək, götürək elə Yaponiyanı.

Tam mətn