Muəllif: Arif Əliyev

Mən həbsdən necə qurtardım

Qabaqda polis maşını gedir. İnamla ötürəm: yol — düpbədüz, sürət — lazımi həddə, sənədlər — qaydasında. Dərhal sirena işə düşür, müfəttişlər özlərini mənə çatdırırlar və sükanın arxasında əyləşmiş gənc leytenant əli ilə «saxla» işarəsi verir. Avtomobili kənara çəkib əyləci basıram, şüşəni aşağı salır və gözləyirəm. Leytenantın yanındakı polis maşından düşür, tənbəl-tənbəl mənə yaxınlaşır, yuxulu kimi, gözünü hardasa uzaqlarda bir nöqtəyə dikib özünü təqdim edir. Sənədlərimi istəyir. — Əvvəl deyin, niyə saxlamısınız?

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

Rusiyadan necə qorunmalı?

Müstəqil Azərbaycanın sabahını düşünən, onun varlığı üçün ürəyi döyünən hər kəsin beynini  bu sual məşğul edir. Neçə illərdir ki, bu narahat sual özünü və milli istiqlalın nə demək olduğunu dərk edən,  sahib olduğumuz müstəqillikdən qürur duyan hər kəsin içində mürgüləyir. Elə ki, dünyada və bölgədə naqolay hadisələr başlayır, Moskvanın sərt gedişləri üzə çıxır, o zaman həmin əbədi sual da qıvrılıb oyanır və cavab axtarışları başlanır. Bu günlər dünyanın siyasi temperaturu yenə kəlləçarxa qalxıb.

Tam mətn
Muəllif: Zəminə Rüstəmova

Çingiz Abdullayev: “Sevgi hissi ürəyimdən çıxan gün…”

Çingiz Abdullayevin 54 yaşı tamam oldu. Romanları Almaniya, İrlandiya, Fransa və Rusiyada kütləvi tirajla buraxılan, 20 milyon nüsxədə olan 600-dən çox kitabın müəllifi Ç.Abdullayev dünyada siyasi detektiv janrında ən yaxşı yazan müasir yazıçılardan biri kimi tanınır. Adətən 50 yaşa qədər zirvə, 50-dən sonra eniş deyirlər. Ədəbyyatçıdan 50 ildə özünü…

Tam mətn
Muəllif: Elçin Şıxlı

Quzğun

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu martın 10-da Fəvvarələr meydanındakı əsgər ölümlərinə qarşı keçirilən icazəsiz aksiya zamanı jurnalistlərin bəzilərinin peşə fəaliyyətinə uyğun olmayan hərəkətlər etdiyini bildirir. Qeyd etmək lazımdır ki, həmin qrupa Daxili İşlər Nazirliyi əməkdaşları da daxil imiş. MŞ və DİN mütəxəssislərindən ibarət bu qrupun bildirdiyinə görə, jurnalistlər, təbii…

Tam mətn
Muəllif: Redaksiya

Qazaxda güclü külək fəsadlar törədib

Bir neçə gün öncə Qazaxda baş verən güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır. Qazax rayon Fövqəladə Hallar Komissiyasının sədri Fərman Nağdəliyevin məlumatına görə, güclü külək nəticəsində dam örtüyü dağılan iki hündürmərtəbəli binada artıq təmir işləri gedir və işlər bir neçə günə başa çatacaq. Sıradan çıxan elektrik naqillərinin də bərpa edildiyi…

Tam mətn
Muəllif: Arif Əliyev

ŞƏRƏFƏ, CƏNABLAR, ŞƏRƏFƏ!

«…aclıq… mənə insan təbiətinin bir xüsusiyyətini anlatdı: bu hiss əsəb sistemini yalın məftilə çevirir. Toxlar belə vəziyyətə düşənləri istədikləri kimi idarə edə bilirlər. O vaxta qədər aclığın nə olduğunu mən bilmirdim. İndi bilirəm ki, ac olmaq ləyaqətə yaraşmayan şeydir, çətin, hətta təhlükəlidir». (Müslüm Maqomayev, «İçimdə xatirələr yaşayır») «Həyatda ən…

Tam mətn
Muəllif: Redaksiya

Göytəpə əməliyyatında «İran izi»

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda narkotik maddəni — 20 kiloqramdan çox tiryək və həşişi qanunsuz dövriyyədən çıxarıb. Nazirliyin mətbuat xidməti xəbər veriri ki, Cəlilabad rayon sakini, 52 yaşlı Mirməmməd Həsənov 5 kq  tiryəki 12 min ABŞ dollarına satarkən əməliyyatçılar tərəfindən yaxalanıb. Saxlanılan şəxsin…

Tam mətn