Muəllif: Kamran Mahmudov

“Allah babanın nağılı”

Axşamüstüdür. Divanda uzanıb başımı telefonla qatıram. Uşaqlar isə dar evdə gizlənpaç oynayırlar. Ya 4 yaşlı Mehmet yumur, bacısı gizlənir. Ya da bacısı yumur, Mehmet gizlənir. Mehmet kiçik olduğundan bütün dəlmə-deşiklərə rahat girib gizlənə bilir. Bəzən divanın küncündə, bəzən şifonerin içində gizlənir. Şifonerin içinə girəndə üst-üstə qalaqlanmış, zorla dolaba sığışdırılmış paltarlar yerə tökülür və dağılır. Mehmetin anası buna görə ona acıqlanır. Pərt olmuş uşaq gəlib sakitcə kresloda süst-məst oturur.

Tam mətn
Muəllif: Rauf Mirqədirov

Ərdoğandan yeni il nağılları

Keçən əsrin ortalarında Hindistanı milli-azadlıq hərəkatı bürümüşdü.  Qandi hərəkatının özünəməxsus cəhətlərindən biri ingilis mallarının boykotu idi.  İngilis mallarını hətta yandırırdılar, lakin nəticədə anladılar ki, keyfiyyətli və ucuz ingilis mallarının boykotu ən  səmərəsiz mübarizə vasitəsidir. Yəni başları daşdan-daşa dəyəndən sonra ağıl illüziyaya, iqtisadiyyata nağılvari baxışa qalib gəldi. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Sovet İttifaqında bir rublun dollara  qarşı rəsmi məzənnəsi təxminən 70 qəpik idi.

Tam mətn