Muəllif: İbrahim Nəbioğlu

PARASELS VƏ GECƏ QONAĞI

 (Avstriya Gündəliyi – 2) Buddanın hüzuruna gələn gənc ondan möcüzə göstərməsini istəyir. Əgər möcüzəyə şahid olsa, onun tələbəsi və davamçısı olacaq. Budda möcüzə yaradır, bunu görən gənc adam  “Sənin tələbən olmağa razıyam” deyir. Budda isə “Sən mənə artıq lazım deyilsən” deyərək ondan imtina edir… Bütün gecəni yağış yağdı. Gözümü açan kimi torpağın necə qoxacağını təxmin etməyə çalışdım. Otelin restoranında səhər yeməyini tez yeyib şəhərə çıxırıq.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

STELLA YEFİMOVNA

(Avstriya Gündəliyi – 1)  Almaniya sərhəddindən cəmi 5 km məsafədə yerləşir Zalsburq. Bu gözəl şəhər Vyana, Graz və Linzdən sonra Avstriyanın 4-cü şəhəridir. Ancaq Avstriya deyəndə hər kəsin ağlına iki şəhər gəlir – Vyana və Zalsburq. Zalsburq inzibati olaraq Avstriyaya bağlı olsa da adət və ənənələri, şvab ləhcəsi və ən əsası da tarixi, mədəniyyəti ilə əməlli-başlı Bavariya şəhəridir. Elə Tirol əyalətinin əhalisi də istər Zalsburq olsun, istərsə də İnsburq, özlərini Vyanadan çox Bavariyaya yaxın hiss edirlər.

Tam mətn