Muəllif: Arif Əliyev

Sənət əbədidir, ömür amanat…

 (əvvəli Ayna.az saytının 13.12.2018 — 16.120.2018 tarixli buraxılışlarında)   — Qızım, başuva dolanım, irəngin-rufun xoşuma gəlmey. — Yox, nənə[1], yaxşıyam. — Ağaran saçınan ağlayan göz gizlənməz. Bəlkə, büyün də qalasan, heç zad olmaz. Mədinə anasına bir az soyuqladığını, rejissordan icazə aldığını demişdi. Ancaq arvad fikir verirdi ki, bu, adi soyuqdəyməyə oxşamır: qız nəinki üzgün, həm də təlaşlıdır. Həyətdən şıqqıltı səsi gələn kimi diksinir, tələsik yatağına girirdi. Xəstəyə qulluq etməli, yeməyini verməli, əynini dəyişməli olmasaydı,heç çarpayıdan qalxmazdı.

Tam mətn
Muəllif: Arif Əliyev

Sənət əbədidir, ömür amanat…

(əvvəli Ayna.az saytının 13.12.2018, 14.12.2018, 15.12.2018 tarixli buraxılışlarında) Nə qədər gec olsa da, qapını təkrar taqqıldatmaqdan başqa çarə yox idi. Bir azdan dəhlizdə öskürək səsi eşidildi. Qapı sorğu-sualsız açıldı. Səməd Vurğunu qarşısında mil-mil zolaqlı pijamada görəndə Adil İskəndərovun boğazı qurudu. Pijama həbsxana paltarına oxşayırdı. — Nə olub, ayə? Bu nə haldır, düşmüsən? Dalınca qovanmı var? – şair təəccüblə soruşdu. — Sabaha qalası söhbət deyildi, — rejissor udqunub astadan cavab verdi. — Keçək mətbəxə, uşaqlar yatıb.

Tam mətn
Muəllif: Arif Əliyev

Sənət əbədidir, ömür amanat…

 Üç pərdəli sənədli povest (Adil İskəndərovun öz tələbəsi, teatr və kino rejissoru Rövşən Almuradlıya 1975-1976-cı illərdə «Sənətkar və zaman» mövzusunda düşüncələr üstündə danışdığı xatirələr əsasında)[2] * Avansəhnə   — Mənim vicdanım da, qəlbim də qandır! Dünya qan üstündə bir xanimandır!.. Vəzir yaltaqcasına şaha baş əydi, onun şəninə tərif demək üçün sifətinə şirinlik verib əllərini göyə qaldırdı. Rejissorun yuxusuzluqdan şişmiş göz qapaqları aralandı. Vəzir bunu sezdi, qolları yanına düşdü, amma üzünün ifadəsi dəyişmədi.

Tam mətn
Muəllif: Elçin Şıxlı

“Sənət əbədidir, ömür amanat…”

“Belə bir fikir var ki, jurnalisti klassik yazıçıdan fərqləndirən əsas məqamlardan biri onun faktlarla işləmək vərdişinin bədii təxəyyülü üstələməsi, təsvirlərinin canlı deyil, qəzet üslubundan irəli gələn quruluğudur”. Bu cümlə Arif Əliyevin ilk publisistik romanını oxuduqdan sonra yazdığım yazıdandır. Üstündən beş ildən artıq vaxt keçib. Bu dəfə Arifin üçüncü bədii-publisistik əsəri qarşımdadır. Təxminən bir ay əvvəl heç nə olmamış kimi dedi ki, “Elçin, bir povest də yazmışam. Gör bir necədi?”.

Tam mətn