Muəllif: Qulu Məhərrəmli

Milli ruhun diriliyi üçün

Bir çox qədim mədəniyyətlər əxlaqi dəyərləri itirdiklərinə görə dünya səhnəsindən silinmişlər. Alen Miln (ingilis yazıçısı) Əxlaq sarıdan axsayan mediamızda mənəvi dəyərlərə hücumun yeni dalğası kükrəməsəydi, Abdulla Şaiq və Abbas Səhhət kimi dühalara dil uzadılmasaydı, yəqin ki, bu yazını yazmağa ehtiyac olmayacaqdı. Min təəssüf! Keçmişə daş yağdırmaqda heç bir ölçü gözləməyən, tarixi şəxsiyyətləri haqq-nahaq məşhər ayağına çəkməkdə pərgar olan bəzi saytlar, yenə də öz “mübarək” missiyalarını davam etdirirlər.

Tam mətn
Muəllif: Arif Əliyev

Milli kimliyimiz haqda üç nəğmə

(Əvvəli: «Ayna»-nın 12.07.2017 tarixli buraxılışında)   II nəğmə. «Rayonda böyümüşəm, Bakıda qalasıyam» «HARALISAN?» Əslində, bu, bir sözdən ibarət bəsit sual deyil, cavab variantından asılı olaraq çox zaman insanın seçimini müəyyənləşdirən meyardır, mühüm həyat prinsipidir. Fəlsəfə elmləri doktoru, professor Həsən Quliyev məşhur «Arxetipik azərilər: mentalitetin simaları» kitabında yazırdı: «Haralısan?»ın sosial davranışa və mövqeyə təsiri o qədər böyükdür ki, o, mentalitetimizin arxitektonikasında təməl rolunu oynayır» (!!!

Tam mətn
Muəllif: Arif Əliyev

Milli kimliyimiz haqda üç nəğmə

Vahid Qazının «Rusiya sindromu və Yalama döyüşü» yazısı ruhumu da sığalladı, qafamı da taqqıldatdı. Üç səbəbdən. Birincisi, ona görə ki, müəllifi olduğum «Yalama» povesti haqqında ilk məqaləni oxumaq mənə maraqlıydı. İkincisi, məqalədəki aktual fikirlər və səlist düşüncə diqqətəlayiq idi. Və nəhayət, üçüncüsü: Vahid Qazının yazılarını həmişə məmnuniyyətlə oxumuşam, həmişə də onun qaldırdığı mövzuları davam etdirməyə həvəsim yaranıb.

Tam mətn
Muəllif: Redaksiya

Milli Ordu Günü

İyun ayının 26-sı Azərbaycan Milli Ordusu gününüdür

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Heydər Əliyev Azərbaycançılıq ideologiyasının strateqi kimi

Dünyanın siyasi səhnəsində dövlətlərin uzunömürlü olması ilk növbədə onun ərazisində yaşayan bütün xalqları öz ətrafında birləşdirməyi bacaran və möhkəm təməllər üzərində qurulan siyasi ideologiyasının olmasından asılıdır. Hələ min illər əvvəl Azərbaycan amili bu ərazidə yaşayan bütün xalqlar üçün birləşidirici bir məfhuma çevrilmişdi. XVI əsrdə Azərbaycanın böyük hökmdarı və qüdrətli…

Tam mətn
Muəllif: Redaksiya

Ömürlük cəza çəkənlər az — 15-20 il istəyir

Barələrində çıxarılmış ölüm hökmü ömürlük cəza ilə əvəzlənən məhkumların müraciətinə Milli Məclisdə baxılacaq. Ömürlük cəza çəkənlər narazıdır — onlar 15-20 il müddət istəyir. İddia edirlər ki, ömürlük cəza güllələnməkdən ağır cəza növüdür. Azərbaycanda vaxtilə ölüm hökmünə məhkum edilmiş, 1998-ci ildə bu cəza növü ləğv olunandan sonra isə cəzası ömürlük həbslə…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Qafqaz qaplanı bizim dağlara qayıdıb

Qafqaz qaplanının bizim dağlara qayıtdığı və hətta öz arealında balalamasının gözlənildiyi barədə ümidverici xəbər yayılıb. Zooloqların bu vəhşiyə niyə öz dilimizdə deyildiyi kimi qaplan deyil, farsca bəbir dedikləri isə qətiyyən anlaşılmır. Həsən Əliyev adına Zəngəzur Milli Parkında Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin monitorinqləri zamanı bu…

Tam mətn