Muəllif: Arif Əliyev

Mən Zərdabidən niyə küsdüm?

 Yalama müdafiəçiləri haqqında materiala bütövlükdə cəmiyyətin süst reaksiyasından pəjmürdə idim. Qorxaqlarından, satqınlarından üz döndərənləri çox görmüşdüm, amma qəhrəman övladlarına yiyə durmaq istəməyənlər mənim üçün heç yerdə müşahidə etmədiyim əcaib bir yenilik idi. Kədərli düşüncələr içində «milli özünəməxsusluğun» bu incəliyinin sirrini anlamağa çalışırdım. Həsən bəy Məlikovun 1871-ci ildə Zərdabdan Bakıya, hələ də bizə naməlum qalan ünvana yolladığı «Redaksiyaya məktub»u yadıma düşdü. Onun sovet vaxtı çapdan çıxmış «Seçilmiş məqalələr və məktublar»ını tapmaq üçün şəxsi kitabxanamı ələk-vələk etdim. Tapa bilmədim.

Tam mətn