Muəllif: Pərviz Cəbrayıl

İlyas Ərnəfəsin dizləri

Bir gün xas şair Əlisəmid Kürü gördüm, məndən öndə gedirdi. Tanımadığım bir adamla üzü “Azərbaycan nəşriyyatı”na tərəf irəliləyirdi. Nə haqdasa qızğın-qızğın danışırdı. Ancaq danışan təkcə Əlisəmidin dili deyildi, əli-ayağı, addımları, saçı, çiyinləri, kəsəsi, bütün bədəniylə danışırdı. Danışa-danışa ara-bir dönüb sağa-sola, göyə, yerə, geriyə baxırdı. Geriyə baxırdı, ancaq məni görmürdü. Bir də arxaya döndü. Üzünə baxdım. Əlisəmidin üzü üz deyildi – bütün dərin qırışlarıyla ovcunun içiydi.

Tam mətn