Muəllif: İbrahim Nəbioğlu

QUM KİTABI

Sirli qonaq kitabı İndostanda bir aborigendən aldığını dedi. Kitab “Qum Kitabı” adlanır, çünki, “O da qum kimidir, nə əvvəli var, nə də sonu”… Elçin Şıxlının yubileyinə “Aynaçılar” bir film çəkiblər. Arif Əliyev ortaya bir qum saatı çıxarır o filmdə. İlk dəfə yubiley günü, dostlarla qohumların yubilyarı sevgi selinə bürüdyü axşam baxdıq filmə. Və qum saatı məni Dünya, zaman, son və sonsuzluq haqda çeşidli düşüncələrə daldırdı. Ən sevdiyim yazıçının ən sevdiyim hekayəsini xatırladım.

Tam mətn
Muəllif: Ramin Deko

Bir zamanlar orada kitab passajı vardı

Əvvəllər ora kitab passajı idi. Hündür mərtəbəli binaların başından günəş əlini sallamamış satıcılar qalaq-qalaq kitabları saralmış un kisələrindən çıxarıb tozunu alar, sonra piştaxtaların üstünə yığardılar. Lap başda yaşlı kişi dayanırdı. O, kitabları qalın-incə, köhnə-təzə hissələrə ayırıb saf-çürük edəndən sonra cərgəylə düzür, bir az geriyə çəkilib uzaqdan öz əl işinə tamaşa edərdi. Nəsə gözünə xoş görünməsəydi, piştaxtanın altını üstünə çevirər, kitabları yerə tökər, yenidən yığardı. Bu kitab düzmə prosesi hər gün onun iki saatını alardı.

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Filarmoniya bağında gerçək bir kitab bayramı idi

Doğrudan da bu gün paytaxtın Filarmoniya bağında gerçək bir kitab bayramı idi. Kitab köşklərinin qarşısında basabas vardı, kassalar bir əldən çek vurur, rəflərə düzülmüş kitablar vərəqlənir, hər tərəfdə əli və qoltuğu kitablı adamlar dolaşır, skamyalarda, bağın kölgəli yaşıllıqlarında ağaclara dirsəklənib kitab oxuyan gənc qızlar və oğlanlar öz dünyalarında idilər. Ən…

Tam mətn
Muəllif: Redaksiya

«İnsan taleyinə biganə qalmayaq» — bunu öyrənməliyik

«İnsan taleyinə biganə qalmayaq» — bu ad altında “Park Bulvar” ticarət mərkəzində keçirilən kitab sərgisi Elşad adlı 12 yaşlı böyrək xəstəsi məktəblinin əməliyyatı üçün təşkil olunumuşdu. Xeyriyyə aksiyası üçün kitablar tələbələrdən, “Qanun” Nəşirlər evindən, Yazıçılar Birliyi və yazıçılardan toplanmışdı. Aksiyada millət vəkili Aydın Mirzəzadə, «İnsan hüquqları XXI- əsr…

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

25 nəfərə 1 kitab

Pyer Burdye (Pierre Bourdieu — 1930-2002) görkəmli fransız sosioloqudur, poststrukturalizmin ən parlaq nümayəndələrindən biridir. Onun kitabları sosiologiyada ən çox müraciət edilən təməl əsərlərdən sayılır. Burdye «Dünyanın yoxsulluqları», «Hərəkət üçün səbəb» kimi kitabları və vətəndaş mövqeyinə görə bəzi alimlər tərəfindən kəskin tənqid edilmişdir. Onun «Simvolik kapital» və «Simvolik şiddət», «Habitus»,…

Tam mətn
Muəllif: Redaksiya

Kamal Abdullanın “Yarımçıq əlyazma”sı Hyüstonda nəşr edilib

Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Hyustonda (Texas ştatı) SPBRA (Strategic Book Publishing and Rights) nəşriyyatı tərəfindən ingiliscə nəşr edilib. Romanı ingiliscəyə Anne Thompson tərcümə edib. “Yarımçıq əlyazma” romanı daha əvvəl Moskva, İstanbul, Paris, Varşava, Rio-de Janeyro, Qahirədə çap edilib və kitabın çap edildiyi ölkələrin ədəbiyyatşünas alimləri “Yarımçıq əlyazma”…

Tam mətn
Muəllif: Redaksiya

Doktor Zehtabinin anım mərasimi keçirilib

Tehranda professor Məhəmməd Tağı Zehtabinin vəfatının 14-cü ildönümü münasibəti ilə anım mərasimi keçirilib. Mərasimdə bir qrup azərbaycanlı ziyalı, şair, yazıçı və milli-mədəni fəal iştirak edib. Mərasim iştirakçıları professor Zehtabinin Güney Azərbaycan və türk dünyasının oyanışında, gənclərin aydınlaşmasındakı xidmətlərindən danışıblar. Mərasimdə doktor Hüseyn Məhəmmədxanlı (Güneyli) mərhum professor Zehtabi haqqında geniş…

Tam mətn